şənbə günü, 10 oktyabr 2026
     

Azərbaycan iqtisadiyyatında enerji sektorunun payı azalır

Image


Bu günlərdə Maliyyə Nazirliyi 2022-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin icrasına dair göstəriciləri açıqlayıb. Həmin göstəricilərdən bəlli olur ki, ötən il Azərbaycanın dövlət büdcəsinin toplam gəlirləri 30 milyard 660 milyon manat olub. Bu, həmin ilin büdcəsi hazırlanarkən açıqlanan proqnozlardan 5 faiz çoxdur. Başqa deyimlə, hökumət ötən il gözlədiyindən 1 milyard 463 milyon manat daha çox gəlir əldə edib.

Dövlət büdcəsi gəlirlərinin müəyyən hissəsi enerji sektoru hesabına formalaşıb. Rəsmi rəqəmlərə görə, neft-qaz sektorundan büdcəyə daxil olan vəsaitin həcmi 15 milyard 382 milyon manat olub. Son illər ərzində ölkənin qeyri-neft sektorunun inkişaf etməsi də bu sektor üzrə büdcə daxilolmalarını əhəmiyyətli dərəcədə artırır. Neft-qaz qiymətlərində indiki qiymət artımları isə Azərbaycan iqtisadiyyatı üçün əlavə imkanlar qazandırır. Burada bir məqamı da qeyd edək ki, neft-qaz sektorunun gəlirləri dövlət büdcəsinə iki formada daxil olur: birbaşa və dolayı. Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlər enerji gəlirlərinin birbaşa büdcəyə daxil olmasına şərait yaradır. Enerji şirkətlərinin büdcəyə ödədikləri vergilər isə neft-qaz gəlirlərinin büdcə gəlirlərinə dolayı təsirinə də imkan verir. Maliyyə Nazirliyinin açıqladığı göstəricilərdən aydın olur ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə 7 milyard 923 milyon manat transfer edilib. Ancaq nəzərə almaq lazımdır ki, hökumət ötən il Neft Fondundan 11 milyard 517 milyon manat götürməyi proqnozlaşdırmışdı. Başqa sözlə, 2022-ci ildə Neft Fondundan dövlət büdcəsinə köçürmələr proqnozdan təxminən 3 milyard 600 milyon manat daha az olub. Buna səbəb enerji qiymətlərinin gözləniləndən daha çox olması, eyni zamanda maliyyə sahəsində edilən dəyişiklikıərdir. Neft-qaz qiymətlərinin yüksəkliyi bu məhsulların satışını gerçəkləşdirən şirkətlərə daha çox gəlir qazandırıb. Onlar, beləcə. daha çox vergi ödəyib. Bu fonda  hökumət Dövlət Neft Fondunun vəsaitlərinə qənaət etmək imkanı əldə edib. Maliyyə Nazirliyinin açıqladığı göstəricilər də neft-qaz sənayesinin ödədiyi vergilərdə ciddi artımı təsdiqləyir. Rəsmi rəqəmlərə görə, 2022-ci ildə neft-qaz sektoru büdcəyə 7 milyard 459 milyon manat vergi ödəyib. Bu, proqnozdan 85 faiz və ya 3 milyard 439 milyon manat çox ödəniş deməkdir. Bu rəqəm həm də onu göstərir ki, ötən il Azərbaycanda vergi orqanlarının topladığı vergilərin 48 faizi neft-qaz sektorundan olub. Rəsmi rəqəmlərə görə, 2022-ci ildə dövlət büdcəsinə 15 milyard 541 milyon manat həcmində vergi yığımları daxil olub. İqtisadiyyat naziri Mikayıl Cabbarov da Dövlət Vergi Xidmətinin proqnozdan çox vergi yığmasına dair açıqlamalar verir və bunu daha çox iqtisadiyyatın inkişafı, “kölgə iqtisadiyyatı”nın azaldılması kimi amillərə bağlayır. Ötən ilin nəticələrinə görə, vergi orqanları proqnozdan 3 milyard 801 milyon manat çox vəsait toplayıb. Neft-qaz sektoru üzrə proqnozdan artıq yığılan verginin həcmi 3 milyard 439 milyon manatdır. Gömrük orqanlarının da büdcəyə ödənişləri proqnozu üstələyib. Ötən il dövlət büdcəsinə bu istiqamətdən 5 milyard 655 milyon manat daxil olub. Bu, gözlənilən gəlirlərdən 22.8 faiz yüksək göstəricidir. Nəzərə almaq lazımdır ki, qiymət artımları gömrük artımlarının da artmasına təsir edir. İdxal edilən məhsullar bahalaşdığından onlar üçün ödənilən gömrük rüsumlarının da həcmi artmış olur. Maliyyə Nazirliyinin açıqladığı rəqəmlərə görə, 2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 32 milyard 63 milyon manat olub. Bu, ötən ilin əvvəlində proqnozlaşdırılan göstəricidən təxminən 1 faiz azdır. Başqa sözlə, hökumət il ərzində proqnozdan 5 faiz çox gəlir əldə etsə də, proqnozdan 1 faiz az pul xərcləyib. İl ərzində dövlət büdcəsi xərcləri büdcənin gəlirlərindən çox olduğundan büdcə 1 milyard 403 milyon manat kəsirlə icra edilib.

Hökumət il ərzində dövlət büdcəsinin kəsir hissəsini maliyyələşdirmək üçün müxtəlif alətlərdən yararlanıb. Məsələn, hökumət ötən il daxili və xarici mənbələrdən toplam 976 milyon manat dəyərində borc alıb. Daha 260 milyon manatsa imzalanmış layihələr əsasında xarici kreditlər hesabına təmin edilib. Büdcə kəsirinin maliyyələşdirilməsində dövlətə məxsus əmlakların özəlləşdirilməsindən də istifadə edilib. Ötən il dövlət əmlakının özəlləşdirilməsindən 115 milyon manatdan çox vəsait əldə edilib. Bir məqamı da qeyd edək ki, ötən il Azərbaycan aldığından daha çox həcmdə borc qaytarıb. 2022-ci ildə Azərbaycanın dövlət büdcəsi xərclərinin, 1 milyard 790,4 milyon manatı və yaxud 5,6%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub. “Fitch Solutions” reytinq agentliyinin son hesabatında qeyd edilir ki, Azərbaycan cari il ərzində də qeyri-neft sektoru üzrə iqtisadi inkişafını uğurla davam etdirəcək: “Azərbaycana investisiya qoyuluşu ilə bağlı perspektivlər xeyli yaxşılaşıb və bunun iqtisadiyyata real artım töhfəsinin 2022-ci ildəki təxminən 0,9 faiz bəndindən (2011-21-ci illərdə orta hesabla 0,8 faiz bəndi) 2023-cü ildə 1,3 faiz bəndə yüksələcəyi proqnozlaşdırılır. Kapital qoyuluşunun artımı qeyri-neft-qaz sektorunda 2021-ci ildəki 7,2 %-lik artıma və 2022-ci ildəki 9,1 %-ə qədər sürətlənən güclü bərpaya uyğundur. Bu dövrdə Azərbaycanın qeyri-neft-qaz sektoru Rusiyanın Ukraynanı işğalından sonra ABŞ və Avropa İttifaqının sanksiyaları səbəbi ilə Rusiyanın ticarətini Şərqə yönəltməsindən faydalanır. Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2021-ci ildəki 8 %-lik artımla müqayisədə 2022-ci ilin sonunna illik 23 % artıb. Bu tempin 2023-cü ildə də güclü qalacağını və bu səbəblə də qeyri-neft-qaz sektoruna kapital qoyuluşunun artmaqda davam edəcəyini gözləyirik". “Fitch Solutions” hesab edir ki, Azərbaycanla enerji ticarətini artırmaq istəyən Avropa İttifaqı və digər ölkələrdən Rusiyaya alternativ investor çıxacaq”. Qurum xatırladır ki, ötən ilin iyulunda Bakı və Aİ arasında, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya istehlakını ildə təqribən 11 milyard kubmetrdən (2022-ci ildə) 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırmaq üçün anlaşma memorandumu imzalanıb. Bunun ardınca 2022-ci ilin dekabrında Qara dəniz bloku ölkələrini Azərbaycanın istehsal etdiyi elektrik enerjisi ilə təmin edən sualtı kabel xəttinin tikintisinə 2023-cü ildə başlanacağı ilə bağlı daha bir mühüm elan verildi. Layihənin 2029-cu ilə qədər fəaliyyətə başlaması nəzərdə tutulur: "Azərbaycan Aİ-nı daha çox enerji ilə təmin etmək üçün, bir çox infrastrukturunun tam gücü ilə işlədiyini nəzərə alsaq, ölkənin maliyyəyə ehtiyacı olacağı barədə xəbərdarlıq edib. Hər iki tərəf Azərbaycanın tədarükünü 2021-ci ildəki 8,1 milyard kubmetrdən 2022-ci ildə 12 milyard kubmetrə çatdıracağı barədə razılığa gəldiyi halda, Bakı dekabrda bildirdi ki, 2022-ci ildə 11,3 milyard kubmetr təmin edib və 2023-cü ildə bunu 11,6 milyard kubmetrə çatdıracaq. Bu, Azərbaycanın artıq tələb olunan artımları qarşılamaq üçün mübarizə apardığını göstərir".

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ