Cümə axşamı günü, 29 oktyabr 2026
     

Avropada Azərbaycana da təsir edəcək iqtisadi proseslər başlanır

Image



Dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənlik getdikcə daha böyük problemlərin meydana çıxmasına rəvac verir. Belə vəziyyətdə əksər ekspertlər yeni qlobal maliyyə böhranının ərsəyə gəlməsini istisna etmir.
Multiaktivlər və investisiyalar ticarətində ixtisaslaşan "Saxo Bank" da 2015-ci il üçün qlobal maliyyə bazarında çətin vəziyyətin yaranacağını proqnozlaşdırır. Qeyd olunur ki, cari ildə müxtəlif geosiyasi risqlərlə üzləşən müasir dünya iqtisadi və pul siyasətində qarşılıqlı əlaqədən sürətlə məhrum olur. Artıq bu ilin birinci rübündə maliyyə bazarlarının tərəddüdün maksimumuna çatacağı gözlənir.
"Saxo Bank"ın son proqnozuna əsasən, neftin 1 barrelinin qiymətinin 50 ABŞ dollarından aşağı düşməsi ciddi geosiyasi risqlərə gətirib çıxara bilər. Eyni zamanda, bir çox inkişaf etmiş ölkələrdə yumşaq və inkişafda olan ölkələrdə nisbətən sərt pul siyasətinə baxmayaraq, inflyasiya səviyyəsinin aşağı düşməsi gözlənir. Bildirilir ki, qlobal iqtisadiyyatın tənzimlənməsi inkişafda olan ölkələrdə iqtisadi artımın ləngiməsinə, deflyasiya ilə problemlərə və ÜDM göstəricilərinə nisbətən artan borcla qarşıdurmanın kəskinləşməsinə gətirib çıxaracaq. "Saxo Bank"ın aparıcı iqtisadçısı Stin Yakobs hesab edir ki, valyuta bazarları da 2015-ci ildə dayanıqsızlıq hiss edəcək.
"Saxo Bank"ın proqnozlarına görə, ən böyük problem avrozonada özünü göstərəcək. Xüsusən avronun ucuzlaşması digər ölkələrə də təsir edəcək. Yeri gəlmişkən qeyd edək ki, avro dollar qarşısında 1,15-lik həddə düşüb və bu da son 11 ilin ən aşağı həddidir. Xatırladaq ki, 2014-cü ilin mart ayında beynəlxalq valyuta bazarında bir avro müqabilində bir ABŞ dolları və 39 sent verilirdi. Ötən ilin sentyabr ayınadək avronun məzənnəsi 1,29 ABŞ dollarına enmişdi, 2015-ci il yanvarın əvvəlində isə avro-dollar nisbəti 1,19-dan da aşağı olub. Bu, 2006-cı ildən bəri ən aşağı göstərici olub. Vahid Avropa valyutasının çox sürətlə və əhəmiyyətli dərəcədə devalvasiyası sonrakı müddətdə də davam edib. "Deutsche Bank"ın eksperti Ştefan Şnayderin fikrincə, bu, məhz son zamanlar analitiklərin çoxunun proqnozlaşdırdığı hadisədir. Şnayder xatırladıb ki, ABŞ Federal Ehtiyatlar Sistemi (FES) hələ keçən ilin baharında hədsiz ucuz pul siyasətini tədricən ləğv etmək yolunu seçib, cari ilin ortalarında isə Birləşmiş Ştatlarda son 9 ildə ilk dəfə baza faiz dərəcəsinin artırılacağı gözlənir. Bu onunla əlaqədardır ki, uzun illər boyu yerində sayan Amerika iqtisadiyyatında, nəhayət, genişmiqyaslı yüksəliş başlanır. Eyni zamanda, avrozonada iqtisadiyyatın dinamikası aşağı səviyyədə qalır. Buna görə Avropa Mərkəzi Bankı (AMB) iqtisadiyyata pul cəlb etmək üçün əlavə tədbirlər görür və praktiki olaraq sıfıra endirilmiş baza dərəcəsini artırmağa əsla hazırlaşmır. Təbii ki, belə vəziyyətdə avro daha da ucuzlaşır. Gözlənir ki, 2015-ci ildə avro-dollar nisbəti daha da azalacaq.
Ekspertlər hesab edir ki, bu gedişlə, digər ölkələrdə olduğu kimi, Azərbaycanın valyuta ehtiyatlarının tərkibində olan avronun miqdarının azaldılması gündəmə gətirilə bilər. Xatırladaq ki, Azərbaycanın dövlət ehtiyatlarının təxminən 30 faizi məhz avro ilə saxlanır. Baş verən proses həmin ehtiyatların nisbətən azalmasına səbəb olur. Amma nəzərə almaq lazımdır ki, avro ilə müqayisədə dolların məzənnəsində artımlar var və Azərbaycanın dövlət rezervləri valyuta səbəti formasında saxlandığından, ümumi rezervlərin məbləğində kəskin azalma ilə müşahidə olunmayacaq. Lakin yuxarıda qeyd olunduğu kimi, avro ilə bağlı proqnozlar heç də müsbət deyil. Eyni zamanda, təbii ki, Azərbaycan daxilində Avropada istehsal olunan məhsulların qiymətlərində enmələr müşahidə ediləcək. Çünki avronun məzənnəsinin aşağı düşməsi birmənalı şəkildə həmin məhsulların qiymətlərinin azalmasına gətirib çıxaracaq. Kiçik sahibkarlar, avrozonadan məhsul və avtomobil idxal edən iş adamları üçün avronun aşağı düşməsi sərfəlidir. Çünki avro məzənnəsinin aşağı düşməsi xüsusən Almaniyadan və digər avrozona ölkələrindən Azərbaycana avtomobil gətirən iş adamlarının daha ucuz mal almasına gətirir.
Lakin ucuzlaşma Avropadan Azərbaycana gələn turistlərin ölkəmizdə daha az pul xərcləməsinə səbəb olur. Turistlərin böyük əksəriyyəti Avropa Birliyinə daxil olan ölkələrdən gəldiyi üçün ehtimal etmək olar ki, ödəniş vasitəsi kimi avrodan daha çox istifadə olunur. Belə olan halda, avronun ucuzlaşması sərfəli sayılmır. Digər tərəfdən isə, avropalı turistlərə satılan mallar və təqdim edilən xidmətlərin qarşılığında ölkəyə daha az vəsait daxil olur. Ekspertlər hesab edir ki, avronun ucuzlaşması bundan sonra da Azərbaycan manatının məzənnəsinə təsir edə bilər. Əsas təsirlərdən biri manatın məzənnəsinin daha da yüksəlməsidir. Digər təhlükə kimi, əhalinin və investorların öz pullarını tələsik manata çevirməsi ehtimalının artması göstərilir. Bu isə maliyyə bazarında xaotik durum yarada bilər.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - – Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ