Cümə axşamı günü, 29 oktyabr 2026
     

Azərbaycan fermerləri də rubla görə zərər görməyə başlayır

Image



Rusiya rublunun dəyərdən düşməsi şimal qonşumuzun xarici ticarət dövriyyəsinin həcminə getdikcə daha çox təsir göstərməkdə, onun miqdarının azalmasına rəvac verməkdədir. Xüsusən də Rusiyanın MDB ölkələri ilə ticarət həcminin azalması özünü qabarıq formada büruzə verir. Əksər postsovet ölkələrindən, o cümlədən Azərbaycandan Rusiyaya ixracın həcmi getdikcə azalır. Ekspertlər hesab edir ki, cari il ərzində vəziyyət dəyişməsə, şimal qonşumuza ixrac daha kəskin şəkildə aşağı düşmək iqtidarındadır.
İndilikdə isə rublla bağlı proseslər heç də müsbət istiqamətdə inkişaf etmir. Moskva birjasında neftin ucuzlaşması fonunda rublun dollar və avroya qarşı məzənnəsi yenidən enib. Birjanın son alqı-satqı sessiyasında dolların məzənnəsi 63 rubla çatıb, avronun alqı-satqısı isə 74,5 rubl göstəricisi ətrafında aparılıb. Neftin daha da ucuzlaşmasının proqnozlaşdırılması ilə bağlı olaraq rublun daha çox dəyərdən düşməsi gözlənir.
Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin vəziyyətin daha da pisləşəcəyini iddia edir: «Rusiya bu il özünün investisiya reytinqini itirəcək». O bu amilin rublu daha çox zəiflədəcəyini bildirib: «Rusiyanın reytinqi xeyli zəifləyəcək. Allaha şükür ki, olay ötən ilin sonunda baş vermədi. Əsas təzyiq fond bazarına olacaq. Artıq bu şokun təsiri aktiv şəkildə özünə yer edir. Heç kim düşünmürdü ki, ölkədə vəziyyət bu qədər pisləşəcək. Bunlar reallaşan zaman eyni anda bazar yatmağa başlayacaq və nəticədə rubla təzyiq artacaq». Bu arada onu da xatırladaq ki, bir neçə gün əvvəl «Fitch» reytinq agentliyi Rusiyanın reytinqini «BBB» səviyyəsindən «BBB minus» səviyyəsinədək endirib. Bu, ən aşağı investisiya reytinqidir. Agentliyin qərarı neft qiymətlərinin enməsi və rublun dəyərinin düşməsi ilə bağlıdır. «Fitch» həmçinin Qərbin sanksiyalarının mənfi təsirini də qeyd edir. Sanksiyalara görə Rusiya bankları və dövlət şirkətləri xarici kapital cəlb edə bilmir. Ölkənin reytinqi daha bir pillə azaldılsa, Rusiya «Fitch»in «zibil» kimi tanınan qeyri-investisiya reytinq zonasına keçəcək. İqtisadi ekspertlərin fikrincə, Rusiyadakı iqtisadi böhrana görə ölkə bu yaxınlarda üç əsas beynəlxalq reytinq agentliyinin bu zonasına keçə bilər. Rusiyanın «Standard & Poor’s» agentliyi ilə reytinqi də «BBB minus»dur, «Moody’s» isə, hələ ki, daha yüksək «Baa2» reytinqini saxlayır.
Bütün bunlar şimal qonşumuzun vəziyyətini daha da pisləşdirir. Onu da qeyd edək ki, Rusiyanın 720 milyard dollar xarici borcu var. 2015-ci ildə 134 milyard dollar borc qaytarılmalıdır. Rusiyanın qızıl-valyuta ehtiyatları hər həftə 10 milyard dollar azalır. Bütün bunlar rublu daha böyük sürətlə sıradan çıxarır. Belə vəziyyət, digər ölkələrdə olduğu kimi, azərbaycanlı fermerlərin də maraqlarına cavab vermir. Vəziyyəti şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, Rusiyada rublun məzənnəsinin aşağı düşməsi yerli fermerlərin istehsal etdikləri məhsullarla bağlı fərqli qərarlar almasına gətirib çıxarır. Onun sözlərinə görə, yerli fermerlərin istehsal etdiyi məhsulların növlərinin dəyişdirilməsi bazarlardakı qiymətin onlar üçün əlverişli olmamaması ilə bağlıdır: «Rublun məzənnəsinin aşağı düşməsi, həmçinin, Rusiyadan Azərbayacana gətirilən aqrar məhsulların qiymətlərinin azalmasına gətirib çıxarır.». V.Bayramov əlavə edib ki, fermerlər qiymət azalmaları və neftin qiymətinin aşağı olması fonunda çəltik və sair kimi daha az əmək tələb edən məhsullar istehsal etməkdə daha çox maraqlıdır: «İndiki halda fermerlərin istehsal etdiyi məhsulların növlərinin dəyişdirilməsi bazarlardakı qiymətin onlar üçün əlverişli olmaması ilə bağlıdır. Ancaq dənli bitkilərin ixracatına həm Rusiya, həm də bir sıra ölkələr müəyyən qadağalar tətbiq etdiyindən, bu kimi məhsulların istehsal olunmasında və bazara çıxarılmasında qiymət artımı müşahidə olunacaq. Rublun məzənnəsinin aşağı düşməsi, eyni zamanda, digər ölkələrdən Rusiyaya gətirilən məhsulların qiymətinin dollar və rubl ifadəsində artmasına gətirib çıxarır».
Rublun dəyərdən düşməsi Rusiyada, həmçinin, ərzaq inflyasiyasını da gücləndirir. Bunun nəticəsində isə, manatın möhkəmlənməsinə rəğmən, Rusiyadan Azərbaycana ərzaq inflyasiyası idxal edilir. Nəzərə alaq ki, Azərbaycanın ərzaq idxalında Rusiya ciddi paya malikdir. Hazırda Rusiya iqtisadiyyatı sanksiyalar üzündən tənəzzülə gedir, milyardlarla dollar həcmində kapital ölkədən çıxarılır. Bu fonda, əvvəlki kimi, rubl sürətlə dəyərdən düşür. Qeyd olunduğu kimi, belə vəziyyətin cari il ərzində də davam etməsi proqnozlaşdırılır və bu hal Azərbaycan-Rusiya ticarət dövriyyəsinin həcmini mütləq şəkildə azaldacaq. Burada özünü göstərəcək təhlükəli məqam isə ölkəmizdən Rusiyaya ixracın azalmağa doğru getməsidir. Bu, əsasən, azərbaycanlı fermerləri çətin vəziyyətə salır. Lakin bu vəziyyətdə onlar məhsulları daxili bazara yönəltdiyindən, bu, bazarlarda bolluğa səbəb olur.







VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - – Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ