SOCAR "Super” və "Premium” markalı yanacaqların pərakəndə satış qiyməti ilə bağlı məlumat yayıb. APA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir:
"Son dövrdə dünya bazarlarında xam neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar SOCAR tərəfindən "Super” və "Premium” markalı yanacaqların pərakəndə satış qiymətinə yenidən baxılıb və 13 yanvar 2015 ci il tarixindən həmin yanacaq növlərinin 1 litrinin pərakəndə satış qiyməti müvafiq olaraq "Super” üçün 1 manat 7 qəpikdən 1 manat 5 qəpiyə, "Premium” üçün 95 qəpikdən 93 qəpiyə endirilib”.