Azpetrol "Premium" markalı yanacağın pərakəndə satış qiyməti ilə məlumat yayıb.
"Azpetrol" şirkətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, son dövrdə dünya bazarlarında neftin və neft məhsullarının qiymətlərinin aşağı düşməsi ilə əlaqədar "Azpetrol" şirkəti tərəfindən "Premium" markalı yanacağın pərakəndə satış qiymətinə yenidən baxılıb və 13 yanvar 2015-ci il tarixindən həmin yanacağın 1 litrinin pərakəndə satış qiyməti 95 qəpikdən 93 qəpiyə endirilib.