Bakı metrosunda gediş haqqının artırılması Tarif Şurasının səlahiyyətindədir. Bunu "APA-Economics”ə "Bakı Metropoliteni” QSC-nin Mətbuat katibliyi və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, "Bakı Metropoliteni” QSC məsələ ilə bağlı Tarif Şurasına müraciət etməyib.
Qeyd edək ki, Azərbaycanda bu gündən Tarif Şurasının qərarı ilə yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.