Moskva birjasında neftin ucuzlaşması fonunda rublun dollar və avroya qarşı məzənnəsi yenidən enib. Birjanın səhər alqı-satqı sessiyasında dolların məzənnəsi 63 rubla çatıb, avronun alqı-satqısı isə 74,5 rubl göstəricisi ətrafında aparılıb.
Bu arada London birjasında Brent markalı neftin qiyməti 49 dollardan aşağı düşüb.
Bakı vaxtilə 10:35-də fevral ayı üçün nəzərdə tutulmuş fyuçers kontraktının dəyəri 2,22% ucuzlaşaraq 1 barrel üçün 48,97 dollar təşkil edib.