Cümə axşamı günü, 29 oktyabr 2026
     

Azərbaycanda 92 və 95 benzinin qiymət dilemması...

Image


Dünya bazarlarında neftin dəyərdən düşməsi bir çox ölkələrdə benzin və dizelin ucuzlaşması ilə müşayəit olunur. Məsələn, ABŞ-da bəzi Avropa ölkələrində yanacağın satış qiyməti xeyli aşağı düşüb. Analoji proses Azərbaycanın qonşu ölkələrində də müşahidə olunur. Qonşularımızdan olan Türkiyədə benzin və dizelin satış qiymətləri bu il xeyli ucuzlaşıb. Belə ki, yanacaqdoldurma məntəqələri benzin satış qiymətlərində bir litr üçün 8-9 qəpik, dizeldə isə 8-10 qəpik endirim edib.
Ankarada litri 4,29-4,27 lirə arasında olan 95 oktan benzinin qiyməti 4,2-4,19 lirədən satılmağa başlanıb. İstanbulda isə litri 4,25 lirədən satılan 95 oktan benzinin qiyməti 4,16-4,17 lirəyə qədər ucuzlaşıb. Ucuzlaşma manatla ifadədə 5-6 qəpik təşkil edib. Dizelin bir litr üçün satış qiyməti 3,86-3,85 lirədən 3,76-3,77 lirəyə qədər ucuzlaşıb. ARDNŞ-in törəmə şirkəti olan "SOCAR Georgia" isə Gürcüstanda satılan "Premium" markalı yanacağın qiymətini artıq üçüncü dəfədir ki, endirib. Son dəfə endirilən qiymətdən sonra "Premium"un satış qiyməti 78 qəpik olub. Xatırladaq ki, Azərbaycanda bu qiymət 95 qəpikdir. İiqtisadçı ekspert Natiq Cəfərli SOCAR-ın Gürcüstanda yanacağın qiymətini artıq üçüncü dəfə ucuzlaşdırmasını şərh edərkən bildirib ki, SOCAR hazırda tam bir rəqabət mühitində çalışır. İqtisadçının sözlərinə görə, Gürcüstan bazarında SOCAR-dan başqa ölkəyə benzinin gətirilməsi və satışı ilə birbaşa məşğul olan daha 12 şirkət var ki, bunların arasında digər ölkələrin şirkətləri də yer alır: "Bir çox Avropa ölkələrinin Gürcüstanın yerli şirkətləri ilə şərikli qurumları var. Tam bir rəqabət mühiti mövcuddur və dünya bazarında neftin qiymətinin enməsi, təbii ki, yanacağın ucuzlaşması ilə müşahidə olunur. Həmin şirkətlər Gürcüstan bazarında öz satdıqları benzinin qiymətini dünya bazarına uyğun olaraq endirirlər. Buna görə də SOCAR bazarda rəqabətə davam gətirmək üçün satdığı yanacağın qiymətini həmin şirkətlərlə paralel olaraq endirməyə məcburdur. Əks təqdirdə SOCAR-ın yanacaqdoldurma məntəqələrində satış olmaz. Çünki Gürcüstan ərazisində yanacaqdoldurma məntəqələri bir-birinə çox yaxındır. SOCAR-dakı qiymət digər yanacaqdoldurma məntəqələrindən kəskin fərqlənərsə, bu zaman benzin almaq üçün heç kəs bura üz tutmaz. Məhz bunu nəzərə alaraq, SOCAR məcburdur ki, rəqabətli mühitə uyğun olaraq satdığı yanacağın qiymətini endirsin".
Ekspertlər isə hesab edir ki, Azərbaycanda da artıq idxal benzinin qiymətinin aşağı enməsi həyata keçirilməlidir. Hazırda ölkədə Aİ-95 "Premium" benzininin pərakəndə satış qiyməti sərbəstdir. Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpikdir. Hesab edilir ki, Azərbaycanda Aİ 92 markalı benzinin və dizelin qiyməti dövlət tərəfindən tənzimləndiyi üçün onun ucuzlaşdırılması məqsədəuyğun deyil. Tənzimlənən qiymətlərin dünya bazar qiyməti ilə birbaşa əlaqəsi olmadığından, birjalardakı dəyişikliklərə reaksiya verilməməsi iqtisadi baxımdan da məqbuldur. Çünki bir sıra digər ödənişlər və eləcə də subsidiyaların məbləği məhz tənzimlənən qiymətə uyğun olaraq müəyyənləşdirilir. Bununla belə, istehsalçı ölkədə ucuzlaşdığı üçün idxal olunan Aİ 95 və Aİ 98 markalı benzinin qiymətinin aşağı salınması olduqca vacibdir. Bu markalı benzinlərin qiymətini bazar müəyyənləşdirdiyi üçün sözügedən benzin markalarının ucuz qiymətə təklif edilməsi, ekspertlərə görə, vacibdir, həmçinin bu, bazarın diqtəsidir. Lakin benzin satış məntəqələri hələ də idxal olunan benzinin qiymətini aşağı salmaq niyyətində deyil. Lakin ekspertlərə görə, Azərbaycanda da müvafiq qurumlar bu sahədəki vəziyyəti yenidən dəyərləndirməli və Tarif Şurasına benzinin qiymətinin endirilməsi ilə bağlı müraciət etməlidir.
Qeyd edək ki, əvvəllər 93 qəpiyə satılan "Premium Euro-95" markalı benzinin qiyməti ötən ilin avqustundan 97 qəpiyə təklif olunur. Sonradan "Azpetrol" şirkəti "Premium Avro-95" markalı benzinin qiymətini aşağı salıb. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq şirkət "Premium" benzinin satış qiymətinə yenidən baxıb və oktyabrın 1-dən həmin markalı benzinin qiyməti 2 qəpik aşağı salınaraq 95 qəpiyə olub.
Nazirlər Kabinetinin 31 mart 2014-cü il tarixli qərarına əsasən, idxal olunan "Avro-5" ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri dövlət tərəfindən tənzimlənən malların siyahısına aid edilməyib. Başqa sözlə, Azərbaycanda yanacaqdoldurma məntəqələrində satılan "Premium Euro-95" benzini ölkəyə xaricdən idxal edilir və idxal edilən benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Neftin ucuzlaşması fonunda isə artıq idxal benzinin qiymətinin aşağı düşməsi zəruri sayılır.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - – Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ