"Fitch” agentliyi Rusiyanın suveren kredit reytinqini "BBB”-dən mənfi "BBB”yə endirib. "APA-Economics”in məlumatına görə, bu, "zibil səviyyə” adlanan sonuncu səviyyədir.
"BBB-"dən aşağı reytinqli ölkələr investisiya üçün yüksək riskli və təhlükəli hesab edilir.
"Fitch”in proqnozlarına görə, 2015-ci ildə Rusiya iqtisadiyyatında əvvəldən xəbər verildiyi kimi azalma 1,5% deyil, 4% olacaq. Ölkədə azalma ilə yanaşı, istehlakçı fəaliyyətinin və investisiya axınlarının da azalacağı gözlənilir. Habelə 8,5% inflyasiya ilə yanaşı, büdcə kəsiri ümumdaxili məhsulun (ÜDM) 3,7%-ni təşkil edəcək.
"Fitch”dəki reytinqin və proqnozun aşağı düşməsi Qərbin tətbiq etdiyi sanksiyalarla izah edilir. Buraya, xüsusilə, xarici kapital bazarına girişin məhdudlaşdırılması, o cümlədən, neftin qiymətinin aşağı düşməsi və Rusiya rublunun dəyərdən düşməsi aiddir.
Yeni ildə satışın ancaq 4 günündə dollar 5 rubl, avro isə təxminən 4 rubl bahalaşıb. Daxili anti-böhran tədbirləri də buna təsir göstərir, məsələn, əsas dərəcənin 17%-ə qədər artması. Bu haqda agentliyin saytında yerləşdirilən məqalədə qeyd edilib.