Cümə axşamı günü, 29 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycan metallurgiyası və "Baku Steel Company"
Tarix: 08.01.2015 / 01:52
Bölmə: İqtisadiyyat
Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin əsas xəttini qeyri-neft sektorunun inkişaf etdirilməsi təşkil edir. Neftdən gələn gəlirlərin əsas hissəsinin məhz bu sahəyə yönəldilməsi də bunu bir daha təsdiq edir. Son zamanlar dünyada gedən proseslər, neftin qiymətinin aşağı düşməsi bu mövzunu daha da aktuallaşdırır. Bu baxımdan sənayenin bazası hesab edilən və əsas dayağı olan metallurgiyanın inkişaf etdirilməsi çox vacib bir faktor kimi özünü təsdiq edir.
Metallurgiya bizim həyatımızın bütün sahələrini əhtə edir və Azərbaycan metallurgiyasının da ənənəvi və böyük tarixi var.
Azərbaycanlı mühəndis-metallurqlar və alimlər Sovet İttifaqı dövründə ölkənin iqtisadiyyatına və metallurgiyanın inkişafina öz əvəzsiz töhfələrini veriblər. Rusiyanın "Maqnitaqorsk Metallurgiya Kombinatı"nın (bura dağ-mədən işləri, dəmir filizinin saflaşdırılmasından başlayaraq polad istehsalına qədər olan böyük bir istehsal prosesi daxildir) özülünü qoymuş və kombinata uzun müddət rəhbərlik etmiş görkəmli mühəndis-metallurq, azərbaycanlı Çingiz İldırım olmuşdur. Uzun illər Sovet İttifaqını yüksək keyfiyyətli neft kompressor boruları ilə təmin edən və illik istehsalı 800 min tondan çox olan Sumqayıt boru yayma zavodu, digər metallurgiya və maşınqayırma zavodları Azərbaycanda fəaliyyət göstərmişlər. Lakin Sovet İttifaqının süquta uğramasından sonra, sənayenin digər sahələri kimi, metallurgiyamız da acınacaqlı duruma düşdü.
Yalnız ümumimilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu sahədə də canlanma başlandı. Məhz ulu öndərin özəl sektor olaraq təməlini qoyduğu və 2001-ci ildə açılışını etdiyi "Baku Steel Company" Azərbaycan metallurgiyasına yeni nəfəs verdi. Son illər şirkətimizin rəhbərliyi tərəfindən aparılan yenidənqurma işləri və qoyulan böyük investisiyalar "Baku Steel Company" MMC-ni Qafqazın ən böyük metallurgiya müəssisəsinə çevirməklə yanaşı, Avropanın ən öndə gedən zavodları ilə müqayisə olunacaq səviyyəyə çatdırmışdır. Şirkətdə aparılmış abadlıq və yenidənqurma işləri ilə yanaşı, məhsulun maya dəyərinin aşağı salınması məqsədi ilə dünyanın ən son texnologiyaları tətbiq olunmaqdadır.
Belə ki, Almaniyanın "Siemens VAİ" şirkətinin istehsalı olan müasir, tam avtomatlaşdırılmış, kombinə edilmiş qaz-oksigen odluqları və karbon injektorları ilə təchiz edilmişdir. Bu da, öz növbəsində, elektrik enerjisinin məsrəfini azaltmışdır. EBT tökmə sisteminə malik elektrik qövs sobası quraşdırılmışdır. Ardıcıl olaraq poladın sobadan kənar, inert qaz mühitində emalı üçün daha müasir soba-çalov avadanlığı və ən son texnoloji standartlara cavab verən, yüksək tökmə sürətinə malik (?=5m/dəq), həmçinin maye metalın tökülmə zamanı kristallaşdırıcı gilizlərdə elektromaqnit qarışdırma sistemi ilə təchiz edilmiş, ən müasir (Power-Mold, Fastcastcube-FCC) kombinə edilmiş tökmə maşınının quraşdırılması prosesi gedir. İstehsalat prosesi zamanı əmələ gələn toz-qaz qarışıqlarını tutan toztutucu qurğu yenilənərək gücü iki dəfə artırılmışdır. Bu da bütün ekoloji standartlara cavab verməklə ətraf mühitin çirklənməsinin qarşısını tamamilə alır. Bu qurğunun analoqları Avropanın bir neçə qabaqcıl zavodlarında quraşdırılmışdır ki, bunlardan da demək olar ki, şəhər mərkəzinə çox yaxın yerləşən, Avstriyanın Linz şəhərindəki "VOESTALPİNE" zavodunu və Almaniyanın Kel şəhərindəki Reyn çayı sahilində yerləşən "Badişe Stalverke" zavodlarını misal göstərmək olar.
Şirkət illik istehsal gücünü 1 milyon tona çatdırmaqla yanaşı istehsal etdiyi məhsulun çeşidini də artırmışdır. Belə ki, inşaat armaturları ilə yanaşı, müxtəlif ölçüdə künclük, şveller, ikitavr və katanka istehsalına da başlanılmışdır. Beləliklə də "Baku Steel Company" MMC ölkənin bu növ metal məhsullarına olan tələbatını artıqlaması ilə ödəmək gücündədir və istehsal etdiyi bütün məhsulların keyfiyyəti İSO 9001-2008 idarəetmə sisteminin tələbləri əsasında yerinə yetirilir.
Son zamanlar ölkədə təkrar qara metalın (metallomun) azalması şirkət rəhbərliyini alternativ xammaldan istifadə etmək üzərində ciddi addımlar atmağa vadar etmişdir və bu yaxınlarda İtaliyanın "Danieli" şirkəti ilə ferroərintilərin, DRİ/HBİ (dəmirin filizdən birbaşa bərpası məhsulları) materiallarının sobaya fasiləsiz verilməsi qurğusunun alınmasına dair müqavilə imzalanmışdır. Bu qurğunun quraşdırılması İran və Rusiyadan ixrac edilən DRİ/HBİÜın əritmə prosesində 80 faizə qədər artırılmasına imkan verməklə yanaşı, metallom qıtlığının aradan qaldırılmasına imkan verəcəkdir. Nəzərinizə çatdırım ki, İran İslam Respublikasında dəmir filizi ehtiyyatı 7 milyard ton, Rusiya Federasiyasında isə 206,1 milyard ton civarındadır. Bu müqaviləyə həmçinin əritmə zamanı maye metalın temperaturunun ölçülməsi və maye metaldan nümunənin götürülməsi üçün iki ədəd robot qurğusunun alınması da daxil edilmişdir. Bu isə şirkət rəhbərliyinin işçilərin təhlükəsizliyini yüksək səviyyəyə çatdırmaq məqsədi ilə gördüyü silsilə işlərdəndir.
Təəssüf ki, son zamanlar ictimayətdə belə bir fikir formalaşdırılıb ki, güya Azərbaycanda metallurgiya sənayesi ibtidai formadadır və bunun indi-indi qurulması planlaşdırılır. Həmçinin "Baku Steel Company" MMC-nin istehsal etdiyi armaturlar təkrar qara metal qırıntısındandır, yəni bu armaturlar dəmirin filizdən reduksiya olunmuş (ingiliscə DRİ - Direct Reduced İron) məhsulundan istehsal olunmadığına görə keyfiyyəti aşağıdır. Bu düzgün olmayan fikirlərin birincisinə cavab olaraq yuxarıda qeyd olunanlara diqqətlə nəzər yetirmək kifayətdir. İkinci məsələni isə aşağıdakı şəkildə izah etməyə çalışacağam. Amma bundan öncə qeyd etmək istəyirəm ki, bu ikinci fikri səsləndirənlər, sözsüz ki, bu sahədən məlumatı az olan adamlardır. Çünki metallurqlar və metallurgiyanın içində olan insanlar heç vaxt belə bir fikir səsləndirməzlər ki, yüksək mərtəbəli binaların tikintisində istifadə olunan armaturlar ancaq DRİ-dən istehsal olunmalıdır. Bu baxımdan armatur poladlarına qoyulan tələblərə nəzər yetirək:
1) Armatur digər inşaat materialları kimi adi keyfiyyətli poladlar qrupuna aiddir.
2) Bu materialların keyfiyyətinə qoyulan tələblər digər məhsullar kimi müvafiq standartlarla tənzimlənir və bu standartların heç birində armaturun istehsalında hansı xammaldan, yəni DRİ/HBİ və ya təkrar qarametaldan istifadə olunması haqqında tələb yoxdur
3) Armaturun müvafiq standartlara görə keyfiyyətinə qoyulmuş tələblər əsasən aşağıdakı xassələrin ödənilməsini ciddi tələb edir:
- Axma həddi,
- Möhkəmlik həddi,
- Nisbi uzanma,
- Əyilmə sınağı
- Dartılma zamanı dağılmaya qarşı müvəqqəti müqavimət
- Müvafiq həndəsi parametrlər
QOST 10884-94, QOST 52544-2006, (bunlar Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmişdir və inşaat armaturlarının keyfiyyətinə qoyulan tələblər həm ölkəmizdə, həm də MDB məkanında bu standartlarla tənzimlənir) və bu standartların analoqları olan DİN 488 (Almaniya), BS 4449-97 (Böyük Britaniya), ASTM A615 (ABŞ) və s. heç birində inşaat armaturların istehsalında DRİ-dan və ya təkrar qarametaldan istifadə olunmasının vacibliyi haqqında heç bir məlumat qeyd olunmayıb.
Metallurgiyanın son nailiyyətlərindən olan, poladın sobadan kənar maye fazada, inert qaz (Ar) mühitində emalı, bu növ birləşmələrdən poladın tərkibinin təmizlənməsi daha da böyük effekt vermişdir. Baxmayaraq ki, armatur poladları adi keyfiyyətli poladlar qrupuna aiddir və qeyri-metallik birləşmələrə görə bunlara qoyulan tələblər digər keyfiyyətli və yüksək keyfiyyətli (yüksək legirli) poladlara nisbətən yüngüldür, "Baku Steel Company" MMC bu cür tam müasir qurğuya malikdir. Belə ki, istehsal prosesində desulfurasiya, defosforasiya, oksigensizləşdirmə və legirləmə bu qurğuda aparılır. Yuxarıda qeyd olunanları bildirməkdə məqsədim odur ki, bu qeyri-metallik birləşmələr təkrar emal üçün sobaya verilən metallomda (hansı ki, bir dəfə bu qeyri-metallik birləşmədən təmizləmə mərhələsini keçmişdir) DRİ-yə nisbətən daha çox təmizdir. DRİ-nin tərkibi isə qeyri-metallik birləşmələrlə zəngindir. Bir çoxları elə bilir ki, DRİ dedikdə bu, 100 faiz təmiz dəmirdir. Lakin bu, tam yanlış bir fikirdir və DRİ-nin tərkibi bütün dünyaya məlumdur.
Bütün bu deyilənlərə əlavə olaraq onu qeyd etmək istəyirəm ki, armaturun keyfiyyəti DRİ-dən istifadə etdikdə "yaxşı", təkrar qara metaldan istifadə etdikdə isə "pis" kimi qeyd olunan qeyri-düzgün mülahizənin heç bir elmi əsası yoxdur. Əksinə, təkrar qara metaldan istifadə etdikdə qarşıya qoyulmuş keyfiyyət göstəricilərini daha asan almaq mümkündür.
Onu da qeyd etmək istəyirəm ki, Türkiyə Respublikası 2013-cü ildə 34,2 milyon ton polad istehsal etmişdir və bu rəqəmə daxil olan bütün armatur poladları ancaq təkrar qara metaldan istehsal olunmuşdur. Həmçinin, Türkiyədə DRİ/HBİ istehsalı yoxdur. Almaniya Federativ Respublikası 2013-cü ildə 42,6 milyon ton polad istehsal etmişdir ki, bunun da yalnız 1,0 milyon tonunda DRİ-dən istifadə edilmişdir. Belə ki, Almaniyada yalnız Hamburq Ştalverk zavodunda bir ədəd "Midrex" qurğusu var. Almaniyanın inşaat armaturları istehsal edən zavodları və bunların ən önündə duran "Badişe Ştalverk" zavodu istehsal etdiyi 2,2 milyon ton məhsulun (bu zavodun istehsal gücü 2,2 milyon tondur) hamısını təkrar qara metaldan istehsal edir.
2013-cü ildə bütövlükdə dünya üzrə 1,0 milyard 607,2 milyon ton polad istehsal olunmuşdur ki, burada da DRİ/HBİ-nin payı cəmi 76,0 milyon tondur. Bəzilərinin təbirincə desək, belə çıxır ki, bu ölkələrin istehsal etdiyi inşaat armaturları və bütün dünyada istehsal olunan 100 milyon tonlarla poladın hamısı keyfiyyətsizdir. Çünki onun istehsalında DRİ-dən istifadə olunmayıb. Ümumilikdə ötən il dünya üzrə 600 milyon tondan çox polad məmulatlarının istehsalında xam material kimi təkrar qara metaldan istifadə edilmişdir.
Mən çalışdım ki, bu çox geniş bir mövzunu maksimum qısaltmaqla və başadüşülən sadələşdirilmiş formada izah edim ki, anlaşılan olsun. Həmçinin metallurgiyanın asan bir peşə və sadə sahə olduğunu düşünənlər və bu sahə ilə bağlı qeyri-peşəkar fikirlər söyləyənlər nə qədər yanlış olduqlarını dərindən başa düşsünlər.
Geosiyasi məkanda bizə qonşu olan ölkələrdən əsasən Rusiya, Türkiyə və İran böyük metallurgiya ölkələridir. Belə ki, hər üç ölkə üzrə orta illik polad istehsalı aşağıdakı kimidir: Rusiya - 70 milyon ton, Türkiyə - 34 milyon ton, İran - 15 milyon ton. Bu ölkələrdən İran İslam Respublikası yaxın bir neçə ildə illik istehsalını 50 milyon tona çatdırmağı hədəfləyir. Zəngin dəmir filizi yataqlarına malik olan İran (burada filizin ilkin tərkibində dəmirin miqdarı 50-55 faiz təşkil edir) ötən il eyni zamanda 7 nəhəng metallurgiya zavodunun tikintisinə başlamışdır. Bu baxımdan biz yeni metallurgiya zavodları qurmamışdan öncə yerli bazarı təhlil etməklə yanaşı, regionda da hansı metallurgiya nəhəngləri ilə rəqabət aparacağımızı və eyni zamanda hansı növ polad məmulatlarını istehsal edəcəyimizi çox ciddi təhlil etməliyik.
Azərbaycanda metallurgiya böyük tarixə malik olub, bu gün də "Baku Steel Company" MMC-nin timsalında müasir texnologiyaların tətbiqi ilə mövcudluğunu daha da təkmilləşdirməkdədir. Bu sahədə çalışan bir mütəxəssis kimi dərindən əminəm və çox ümidliyəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin və dövlətimizin apardığı uğurlu iqtisadi siyasətə uyğun olaraq Azərbaycanın metallurgiya sənayesi daha da inkişaf edəcək, daha böyük uğurlara imza atacaqdır.
Ramin Kərimov,
"Baku Steel Company" MMC baş direktorunun
istehsalat üzrə müavini,
kimya üzrə fəlsəfə doktoru
DİGƏR XƏBƏRLƏR
Tarix: 29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil"
- – Mərkəzi Bankın sədri
Tarix: 29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir?
- Mərkəzi Bankdan açıqlama...
Tarix: 29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...
Tarix: 29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...
Tarix: 29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...
Tarix: 28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...
Tarix: 28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi
Tarix: 28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik -
hesabatı kim yayıb?
Tarix: 28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...
Tarix: 28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı
Tarix: 28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı
- 122 dollar...
Tarix: 27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi
– onların qol-qıçlarını sındıracağıq...
29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...
29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil"
- – Mərkəzi Bankın sədri
29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır"
- Ceyhun Bayramov
29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...
29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir?
- Mərkəzi Bankdan açıqlama...
29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü
29.10.2026 / 12:11
Ermənistan parlamentində dava
– deputatlar bir-birini yumruqladı...
29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi
29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...
29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi
- NATO şərqi Avropadan geri çəkiləcək?..
29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı
29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...
29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...
29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər
– Körfəz ölkələrinə xəbərdarlıq edildi...
29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir
– yeni ombudsman seçiləcək...
29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...
29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi
- müdaxilə etməyəcəyəm...
29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir
29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi
29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək
29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi -
“…yəhudi dövlətinin məhvini istəyirlər”…
28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...
28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır
- Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...
28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi
28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...
28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb
28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...
28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular...
Prezident açdı...
28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...
28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı
- Rizvan QARABAĞLI yazır...
28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi
28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...
28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...
28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
- FOTO
28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi -
“…növbəti seçkiyə imkan verməyin”…
28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib
28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı
- FOTO
28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu
– 64 ölü, çox sayda yaralı var...
28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib
- FOTO
28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...
28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi
28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab
- KTMT-yə qayıtmayacağıq...
28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər
- FOTO
28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir”
- Əhliman Əmiraslanov
28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...
28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi
28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı
28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək
28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib
28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...
28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar -
İsrail onları sayacaq?..
28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək
28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi
28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik -
hesabatı kim yayıb?
28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...
28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...
28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..
28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi
28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...
28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil"
– Məhkəmə bankın iddiasını rədd etdi...
28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq"
- Allahşükür Paşazadə
28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" -
Obama Trampın 2 ilini yıxıb-sürüdü...
28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi
- FOTO
28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi
– “problemi iki dəqiqəyə həll edər"...
28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...
28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...
28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır
- tarix AÇIQLANDI
28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...
28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı
28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə
- 50 manat cərimə gəlir...
28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...
28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir"
- Prezident
28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi
– “özləri çıxsalar yaxşı olar”...
28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib
28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ