Bazar günü günü, 08 noyabr 2026
     

General-leytenant Arzu Rəhimov: “Hərbi xidmətdən yayınma halları azalır” - MÜSAHİBƏ

Image


Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimovun APA-ya müsahibəsi
- Cənab general, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasından üç ilə yaxın vaxt ötür. Geridə qalan dövrdə Xidmətin formalaşması və Azərbaycanda hərbi xidmətə çağırışın təşkili istiqamətində hansı işlər görülüb?
- Azərbaycanda vətəndaşların həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsi məqsədilə tərəfimizdən mütəmadi təhlillər aparılır. Deyə bilərəm ki, ötən müddət ərzində səfərbərlik və çağırış resurslarını tənzimləyən mexanizmin formalaşdırılması istiqamətində mühüm işlər görülüb, ciddi nailiyyətlər əldə olunub. Çağırış sistemində çağırışçıların hərbi uçotunun dəqiq və düzgün aparılmasına, yoxlamaların keçirilməsinə nəzarət artırılıb ki, bu da Xidmətin yerli idarə, şöbə, bölmələrinin və aidiyyəti dövlət orqanlarının həmin sahəyə məsuliyyətlə yanaşmasına və çağırış sistemində şəffaflığın təmin olunmasına zəmin yaradır. Bu məqsədlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq, Xidmət tərəfindən mərkəzləşdirilmiş uçot sistemlərinin təşkil edilməsi, o cümlədən hərbi qeydiyyat və hərbi uçot sahəsində vahid elektron informasiya sisteminin yaradılması sahəsində işlər həyata keçirilir. Vahid elektron informasiya sistemi vasitəsilə çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatı və uçotu aparılacaq. Bu isə vətəndaşların həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsində mühüm rol oynayacaq.
- Rəhbərlik etdiyiniz qurum hərbi qurumlar içində ilk dəfə olaraq elektron xidmətlərin - elektron məlumatlandırma sisteminin tətbiqin həyata keçirdi. Bu sahədə həyata keçirilən layihələr barədə nə deyə bilərsiniz?
- Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən vətəndaşlara 5 elektron xidmət (çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi, hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu, arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu, itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu) göstərilir. Cari ilin oktyabr ayından etibarən çağırışçılar müddətli həqiqi hərbi xidmətlərini hansı qoşun növündə və yaxud hərbi hissədə keçmələri barədə məlumatları SMS vasitəsilə də öyrənə bilirlər. Müraciətlərin çoxluğu vətəndaşlar tərəfindən elektron xidmətlərin maraqla qarşılandığını göstərir. Hazırda göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində işlər aparılır.
- Qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində hansı işlər görülür? Bu sahədə hansı yeni təklifləriniz var?
- Qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlər daimi xarakter daşıyır. Bu məqsədlə inkişaf etmiş ölkələrin müvafiq istiqamətdə qanunvericilik təcrübəsi öyrənilir, mövcud mütərəqqi nümunələr əsas götürülməklə, yerli şərait nəzərə alınmaqla təkliflər hazırlanır.
- Hərbi həkim komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində hansı işlər görülür? Çağırışçıların tibbi müayinəsinin tam olaraq Xidmətin üzərinə götürülməsi məsələsi gündəmdə varmı?
- Xidmət tərəfindən hərbi həkim komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti qurumlarla məsləhətləşmələr davam etdirilir. Görülən bütün işlərin yekun məqsədi sağlam və fiziki cəhətdən hazırlıqlı çağırışçıların seçilərək qoşun növləri üzrə təyinatının verilməsidir.
- SHXÇDX-nin ilk illərində korrupsiya faktları üzrə həbs olunanlar, vəzifəsindən azad edilənlər oldu. Bu hallarla mübarizə tədbirləri barədə nələri söyləyə bilərsiniz?
- Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı kəskin mübarizə aparılır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən mütəmadi olaraq korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində müvafiq tədbirlər görülüb, daxil olmuş məlumatlar əsasında müvafiq araşdırmalar aparılıb, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Hərbi Prokurorluğuna göndərilib. Bu işlər SHXÇDX-nin Respublika Hərbi Prokurorluğu ilə birgə tədbirlər planına əsasən həyata keçirilib. Eyni zamanda, ölkə başçısının «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»na və «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»na dair müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hazırlanmış tədbirlər planının icrası davam etdirilib. Dövlət başçısının vurğuladığı bir məqamı xatırlatmaq istərdim ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ümumxalq işi olmalı, ictimaiyyət də bu işlərə fəal qoşulmalıdır. Bu kimi xoşagəlməz halların aradan qaldırılması üçün daim yeni təşəbbüslərin irəli sürülməsi zəruridir.
- Uzun illərdən sonra hərbi toplanışlar bərpa olundu. Toplanışlara vətəndaşların marağı necədir? Hərbi vəzifəli vətəndaşların bəzilərinin qeydiyyatda olduqları yer üzrə yaşamamaları problemi var. Bu, işinizə hansı təsiri göstərir?
- Bildirmək istəyirəm ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 45-ci maddəsinə əsasən, ehtiyatda olan hərbi vəzifəlilərin toplanışlara cəlb olunması həyata keçirilir. Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş hallarda keçirilən toplanışlara cəlb olunmuş və səfərbərlik sərəncamı ilə təmin edilmiş ehtiyatda olan hərbi vəzifəlilər müxtəlif vasitələrlə (o cümlədən telefon vasitəsilə) məlumatlandırılırlar. Çağırış üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə müəyyən olunmuş vaxtda gəlməyən hərbi vəzifəlilər məsuliyyətə cəlb olunurlar. "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 7-ci maddəsinə əsasən, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Eyni zamanda, hər hansı səbəbdən (sağlamlıq, ailə vəziyyəti və s.) toplanışlara cəlb olunmayan hərbi vəzifəli barədə dərhal qərar qəbul edilir və bu kimi halların xidməti fəaliyyətimizə mane olmasına imkan verilmir.
- Vətəndaşların hərbi xidmətə marağı necədir? Hazırda xidmətdən yayınma ilə bağlı faktlar varmı?
- İlk növbədə qeyd edim ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi nailiyyətlərlə yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması milli ordumuzun möhkəmlənməsinə geniş imkanlar yaradıb. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cəbhə xəttinə ardıcıl səfərləri, ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşü dövlətimizin orduya diqqətini əyani şəkildə nümayiş etdirir. Güclü ordu, müdafiə potensialımızın artması heç şübhəsiz ki, vətəndaşların Silahlı Qüvvələrə olan inamını daha da yüksəldir. Məhz bu kimi faktorlar gənclərin hərbi xidmətə marağını şərtləndirir və onlar yüksək əhval-ruhiyyə ilə ordu sıralarına qoşulurlar. Eyni zamanda, SHXÇDX-nin aidiyyəti dövlət orqanları ilə birlikdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsi və fiziki hazırlığı üzrə həyata keçirdiyi tədbirlər də öz təsirini göstərməkdədir. Əvvəlki illərlə müqayisədə hərbi xidmətdən yayınma ilə bağlı hallar faiz etibarı ilə azalan xətlə gedir. Biz əminik ki, Xidmət tərəfindən qarşıda həyata keçiriləcək mühüm tədbirlər nəticəsində ordudan yayınma faktlarına rast gəlinməyəcək.
- SHXÇDX nəzdində vətəndaşların hərbi xidmətə hazırlanması, hərbi hazırlıq dərsliklərinin təkmilləşdirilməsi və xüsusi ixtisas kurslarının keçirilməsi barədə hansı plan və təklifləriniz var?
- Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş təhsil müəssisələrində çağırışaqədər yaş həddində olan vətəndaşlar və çağırışçılar aidiyyəti dövlət orqanlarının sifarişlərinə əsasən xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb olunurlar. Vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı Xidmətin yerli idarə, şöbə və bölmələrində mütəxəssis hazırlığı kurslarına göndərilmə və xüsusi hərbi ixtisaslar üzrə hazırlanma məqsədilə onlarla fərdi söhbətlər aparılır. Daha sonra «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» MMC-nin mütəxəssis hazırlığı məktəblərində ixtisaslı mütəxəssislərin hazırlanması üçün namizədlər seçilir. Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə birgə təsdiq olunmuş plana əsasən, ümumi təhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsil müəssisələrində "Çağırışaqədərki hazırlıq” fənninin tədrisinin keyfiyyətinin artırılması üçün bir çox iş görülməkdədir. Belə ki, çağırışaqədərki hazırlıq üzrə rəhbərlərlə Xidmətin yerli idarə, şöbə və bölmələri metodik toplantılar keçirir, fənnin ciddi tədris olunmasına nəzarət edirlər. "Çağırışaqədərki hazırlıq” fənninin tədrisi prosesində gənclərə Azərbaycan Silahlı Qüvvələrinin vəzifələri, xüsusiyyət və əhəmiyyəti, hərbi qulluğun hər bir vətəndaşın müqəddəs borcu olduğu öyrədilir. Eyni zamanda, gənclərlə hərbi hissələrdə görüşlər keçirilir ki, bu da onlarda şəxsi heyətin sosial-məişət şəraiti haqqında əyani təsəvvür formalaşdırır və praktiki vərdişlərə yiyələnməsinə imkan yaradır. Çağırışaqədərki hazırlıq istiqamətində işlərin təkmilləşdirilməsi daimi xarakter daşıyır və müasir texnologiyalardan istifadə, yeni metodların tətbiqi zəruri məsələ kimi qarşıda dayanır. Azərbaycan Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində xidmət edəcək gənclərin fiziki hazırlığı, onların ilkin hərbi bilikləri öyrənmələri fəaliyyətimizin mühüm tərkib hissəsidir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ