Bazar günü günü, 28 iyun 2026
     

Azərbaycan və İran prezidentləri Birgə Bəyannamə qəbul ediblər

Image


Noyabrın 12-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının prezidenti Həsən Ruhani arasındakı danışıqların nəticəsi olaraq Birgə Bəyannamə qəbul edilib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə” adlanan sənəd aşağıdakı kimidir:

BİRGƏ BƏYANNAMƏ

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin rəsmi dəvəti ilə İran İslam Respublikasının prezidenti cənab Həsən Ruhaninin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti 12-13 noyabr 2014-cü ildə (21-22 aban 1393-cü il) Azərbaycan Respublikasına səfər edib. Rəsmi səfər çərçivəsində Azərbaycan Respublikasının prezidenti və İran İslam Respublikasının prezidenti (bundan sonra tərəflər);

- İkitərəfli əlaqələrin vəziyyətini və perspektivlərini, həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələləri müzakirə edərək;

- Hər iki ölkənin xalqları arasında ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərindən çıxış edərək;

- 20 may 2002-ci ildə imzalanmış "Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında Müqavilə”yə əsaslanaraq;

- Hərtərəfli əməkdaşlıq və milli maraqlara qarşılıqlı hörmət əsasında ədalətli dünya qaydasının formalaşdırılmasına və dövlətlərarası əlaqələrin inkişafına yardım edilməsinə çalışaraq;

- Azərbaycan Respublikası və İran İslam Respublikası arasında etimad və tərəfdaşlığın möhkəmləndirilməsinin regionda sülh və sabitliyə yardım edəcəyinə əminlik ifadə edərək;

- BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn digər ümumi tanınmış prinsip və normalarına və ilk növbədə beynəlxalq hüquq qaydasının dəstəklənməsinin və möhkəmləndirilməsinin əsası qismində dövlətlərin suveren bərabərliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət, zor işlətməmək və ya zor işlətməklə hədələməmək və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq olduqlarını təsdiq edərək;

- Regionda ölkələrin normal inkişafına, onlar arasında hərtərəfli əməkdaşlığa mane olan həll olunmamış münaqişələrin mövcudluğundan xüsusi narahatlıqlarını ifadə edərək;

- İki ölkənin üzvü olduqları beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətə yardım etmək niyyətlərini bəyan edərək;

- Azərbaycan Respublikası və İran İslam Respublikası arasında siyasi, ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsinin zəruriliyini qeyd edərək;

- İran İslam Respublikası prezidentinin Azərbaycan Respublikasına hazırkı səfərinin dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə edərək

aşağıdakıları bəyan etdilər:

I

Tərəflər bərabərhüquqlu, qarşılıqlı faydalı və konstruktiv ikitərəfli münasibətlərin hərtərəfli inkişafını təşviq edəcəklər;

Tərəflər ikitərəfli münasibətlərin bütün sahələrində qarşılıqlı maraq doğuran beynəlxalq və regional problemlərə dair müxtəlif səviyyələrdə siyasi dialoqu davam etdirəcəklər;

Parlamentlərarası əlaqələri ikitərəfli əməkdaşlığın mühüm tərkib hissəsi kimi qiymətləndirərək, iki ölkənin parlamentləri arasında əməkdaşlığın fəallaşması və parlament üzvlərinin müntəzəm qarşılıqlı səfərlərinin həyata keçirilməsinin əhəmiyyətini vurğuladılar;

Tərəflər öz ərazisində bir-birinin dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş təşkilatlar, qruplar və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinə hazır olduqlarını bir daha təsdiq etdilər;

II

Tərəflər beynəlxalq və regional məsələlərlə bağlı əməkdaşlığı inkişaf etdirəcək, regionda sülhün və sabitliyin qorunması məqsədilə qarşılıqlı fəaliyyət göstərəcəklər;

Tərəflər BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq, dövlətlərarası münasibətlərdə təcavüz aktlarının, zor işlətmək və ya zor işlədəcəyi ilə hədələməyin yolverilməz olduğunu təsdiq edərək, beynəlxalq tanınmış sərhədlərin zor işlətməklə pozulmasının nəticələrini tanımır və münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə əsasən həll edilməsinə tərəfdar çıxırlar. Yuxarıda qeyd olunanlara əsaslanaraq, Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinin əhəmiyyətini bir daha təsdiq etdilər;

Tərəflər beynəlxalq hüququn ümumi tanınmış norma və prinsiplərini əsas götürərək, Nüvə Silahının Yayılmaması haqqında Müqavilə və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq çərçivəsində bütün ölkələrin, o cümlədən İran İslam Respublikasının nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnu dəstəklədiklərini bir daha təsdiq etdilər;

Tərəflər terrorizmə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığı təşviq etdiklərini, tolerantlığa əsaslanan və multikulturalizm tarixi mirasları ilə mədəniyyətlərarası dialoq təşəbbüslərinə fəal dəstək verdiklərini, həmçinin islamafobiya, irqçilik, zorakılıq və digər separatçılıq meyillərinə və hallarına qarşı mübarizəni davam etdirmək istiqamətində qərarlı olduqlarını bir daha bəyan etdilər;

III

Tərəflər beynəlxalq hüquq qaydasına yeni təhdid və çağırışlara qarşı Birləşmiş Millətlər Təşkilatının potensialından effektiv istifadənin vacibliyini qeyd etdilər;

Tərəflər terrorizm, separatizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi və transsərhəd cinayətkarlığa qarşı mübarizədə ikitərəfli əsasda və BMT qurumlarında birgə fəaliyyətə hazır olduqlarını bəyan etdilər;

Tərəflər BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər universal və regional təşkilat və forumlarda qarşılıqlı fəaliyyəti möhkəmləndirmək niyyətlərini bildirdilər;

IV

Tərəflər ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın inkişafının istiqamətverici mexanizmi kimi iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd etdilər;

Tərəflər iqtisadiyyatın müxtəlif sahələrində, ilk növbədə sənaye, energetika, tikinti, kənd təsərrüfatı və turizm sahələrində qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər;

Tərəflər öz iqtisadiyyatlarının diversifikasiyası və onun yeni texnoloji əsaslara keçirilməsi sahəsində prioritetlərini nəzərə almaqla, bundan sonra da ikitərəfli iqtisadi, ticarət, investisiya, elmi və texniki əlaqələrini inkişaf etdirəcəklər;

Tərəflər iki ölkə arasında nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəklər və öz ərazilərindən tranzit daşımaların həyata keçirilməsi üçün əlverişli şərait yaradacaqlar;

Tərəflər ölkələrində qarşılıqlı sərmayə qoyuluşunu və digər ölkələrdə ortaq sərmayə qoyuluşunu təşviq edərək, bu istiqamətdə təklif olunan layihələri araşdıracaq və razılaşdırılmış layihələrin həyata keçirilməsi üçün zəruri addımlar atacaqlar;

Tərəflər iki ölkə arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə enerji layihələrinin həyata keçirilməsi üçün əlavə səylər göstərəcəklər. Bu baxımdan Azərbaycan Respublikası hökuməti və İran İslam Respublikası hökuməti arasında "Xudafərin” və "Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə bağlı Saziş layihəsinin tezliklə imzalanmasının zəruriliyini bildirdilər;

Tərəflər "Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında "Ordubad” və "Marazad” su elektrik stansiyalarının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında Saziş”in tezliklə qüvvəyə minməsinin vacibliyini qeyd etdilər;

Tərəflər Araz çayının imkanlarından səmərəli istifadə etməklə iki ölkə arasında qarşılıqlı maraqların qorunması və razılaşdırılması əsasında Araz çayı üzərində transsərhəd əməkdaşlığın və yeni ortaq layihələrin həyata keçirilməsinin vacibliyini vurğuladılar;

V

Tərəflər Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılması üzrə Xəzəryanı dövlətlər arasında birgə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğuladılar;

Tərəflər 2014-cü ilin sentyabr ayının 29-da Rusiya Federasiyasının Həştərxan şəhərində baş tutmuş Xəzər zirvə toplantısının nəticələrinin həyata keçirilməsinin əhəmiyyətini qeyd etdilər;

Tərəflər ətraf mühitin mühafizəsi, təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığı davam edəcəklər;

VI

Tərəflər iki ölkə arasında mədəniyyət və incəsənət, elm və səhiyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə səy göstərəcəklər;

Tərəflər hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri arasında əlaqələrin gücləndirilməsinə yardım edəcəklər;

Tərəflər hazırkı Bəyannamənin iki ölkə arasında etimadın və hərtərəfli əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəyinə əminliklərini ifadə etdilər.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

28.06.2026 / 14:26
“Rusiya ilə əlaqələrin kəsilməsi ermənilər üçün ağır nəticələrə səbəb olacaq” - Medvedev

28.06.2026 / 14:01
Rusiyada yanacaq böhranı dərinləşir - Hindistan və Qazaxıstandan benzin idxalı başlayır...

28.06.2026 / 13:47
Kılıçdaroğlu özünü Atatürklə müqayisə etdi, cavab sərt oldu – “Ona millət xain demədi, amma sənə..."

28.06.2026 / 13:30
Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlanıb

28.06.2026 / 12:53
Serbiyanı şoka salan qərar... Vuçiç rəsmən elan etdi – istefa verirəm...

28.06.2026 / 12:31
UFC döyüşçüsü Rafael Fiziyev bir gündə 100 min dollar qazandı

28.06.2026 / 12:07
Polis motosikleti təhlükəli idarə edən sürücünü saxladı

28.06.2026 / 11:42
Rusiya Azərbaycan üzərindən Ermənistana 770 ton buğda göndərdi

28.06.2026 / 10:55
Tramp "Ankoric sazişlərini" ləğv edə bilər…

28.06.2026 / 10:46
Türkiyəyə 700 milyon dollarlıq təyyarə mühərrikləri satışı erməni lobbisinin yuxusunu qaçırdı - ANCA hərəkətə keçdi

28.06.2026 / 09:58
İstilər səbəbindən Parisdə 100-dən çox ölüm faktı qeydə alınıb

28.06.2026 / 09:11
Reuters: “İranın regional hücumları davam edir”

28.06.2026 / 09:06
Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

28.06.2026 / 08:36
Kılıçdaroğlu Özəli fraksiya sədrliyindən də uzaqlaşdırır - Bacaracaqmı?..

28.06.2026 / 08:06
Hizbullah İsrail-Livan sazişinə etiraz etdi - “…rüsvayçılıqdır”…

28.06.2026 / 07:32
ABŞ yenə İranı vurdu, İran Küveyt və Bəhreynlə qarşılıq verdi - savaş yenidən başlayır?..

28.06.2026 / 07:18
Avrokomissiyanın qərargahında kondisioner söndürüldü - anomal istilər səbəbindən…

27.06.2026 / 21:08
Pentaqonda əsrin ən böyük qalmaqalı - Rusiya, Çin kəşfiyyatlarının izində olduğu Ağ Evdəki iki gizli casus ifşa edildi...

27.06.2026 / 20:35
Üzərində Trampın portreti olan yeni ABŞ pasportu təqdim edildi - Amerika tarixində bir ilk...

27.06.2026 / 19:48
Fransa Afrikada daha bir zərbə aldı - Burkina Faso Parislə diplomatik əlaqələri kəsdi...

27.06.2026 / 19:10
Azərbaycan və Türkiyə XİN rəhbərləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

27.06.2026 / 17:51
Milyarder ABŞ səfirinin 450 milyonluq superyaxtası Venesiyanı ayağa qaldırdı – onun əyləncəsini məhv edəcəyik...

27.06.2026 / 17:29
Azərbaycan milli komandası aktivinə bir qızıl və bir bürünc medal yazdırıb

27.06.2026 / 17:14
İsrail və Livan Vaşinqtonda tarixi saziş imzaladı – “Hizbullah” silahı yerə qoymaqdan imtina etdi...

27.06.2026 / 16:39
Ukraynadan Putini özündən çıxaracaq addım - Volqoqradda hərbi zavod vuruldu...

27.06.2026 / 16:10
Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşdı

27.06.2026 / 15:59
Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirib...

27.06.2026 / 15:46
Netanyahu qondarma " erməni soyqırımını" tanısa, ağır cavab zərbəsi alacaq...

27.06.2026 / 15:28
“Uğurlu gələcək” adlı sərgi təşkil olundu

27.06.2026 / 15:15
"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrası davam edir

27.06.2026 / 11:49
Tramp NATO Zirvəsi ərəfəsində Avropa ölkələrini 100 faiz tariflə hədələdi...

27.06.2026 / 11:30
DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini açıqladı

27.06.2026 / 11:23
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib - FOTO

27.06.2026 / 11:17
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO

27.06.2026 / 11:11
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO

27.06.2026 / 10:36
Rusiya Ermənistandan balıq idxalını tam dayandırdı – “Ermənistan iqtisadiyyatı çökə bilər” xəbərdarlığı...

27.06.2026 / 10:15
Yol Polisindən piyada və sürücülərə müraciət - görünüş məsafəsi məhdudlaşır...

27.06.2026 / 09:50
Venesuelada son 126 ilin ən DƏHŞƏTLİ ZƏLZƏLƏSİ - ölənlərin sayı minə çatır, ən azı 50 min nəfərdən xəbər yoxdur...

27.06.2026 / 09:32
Yaxın Şərqdə müharibə yenidən başladı – ABŞ İranı, İran Körfəz ölkələrini bombaladı...

26.06.2026 / 23:56
Belarusu da Ukrayna ilə müharibəyə sürükləyirlər - Lukaşenko Zelenskiyə mesaj göndərdi...

26.06.2026 / 23:41
İran Körfəz ölkələrinə sərt xəbərdarlıq - qumar oynamayın...

26.06.2026 / 23:10
Silahlı Qüvvələr Gününə həsr olunmuş "Vətənə Sadiqlik" adlı sərgi təşkil olundu

26.06.2026 / 21:10
Silahlı Qüvvələr Günündə iki qızıl medal

26.06.2026 / 20:44
Hörmüzdə gərginlik yenidən artdı - İran yük gəmisini vurdu, ABŞ ordusu hərkətə keçdi..

26.06.2026 / 19:10
Əlincə qalasının 14 illik (1387–1401-ci illər) qəhrəman müdafiəsinin əsil səbəbləri nədir?

26.06.2026 / 18:49
Aşura qazanı və Kərbəlanın kölgəsi

26.06.2026 / 17:20
Kılıçdaroğlunun “nəhəng karvanlı” İstanbul səfəri alınmadı…

26.06.2026 / 16:44
Nazirliyin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edildi - FOTO

26.06.2026 / 16:25
Tramp Suriyanı Hizbullahla müharibəyə təhrik edir - Şəraa narazı, Netanyahu narahat...

26.06.2026 / 16:10
ABŞ-İran müharibəsi OPEC-i dağıdır – BƏƏ-nin ardından İraq da gedir...

26.06.2026 / 16:08
Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət etdi - FOTO

26.06.2026 / 15:46
Xeyrəddin Qocadan deputata sərt reaksiya - “A kişilər, yaltaqlığın başqa yollarını axtarın!..”

26.06.2026 / 15:30
18 yaşında ölümə meydan oxudu - Şəhriyar Mirişli

26.06.2026 / 15:18
Nəsimidə oğurluq edən şəxslər saxlanıdı...

26.06.2026 / 14:57
Türkiyə MN-dən Azərbayan Ordusuna təbrik - hər zaman bir ürək, bir yumruq olacağıq...

26.06.2026 / 14:25
Rusiya-Ukrayna müharibəsi cəbhəboyu dondurulur - ABŞ və Avropanın böyük razılaşması...

26.06.2026 / 14:17
"Vətənpərvərlik Etüdləri" Lənkəranda sərgiləndi

26.06.2026 / 14:07
Azərbaycanın da marağında olan Rəşt-Astara dəmiryolundan təzə xəbər - "dondurulmayıb"...

26.06.2026 / 13:59
ABŞ-la İran razılaşsa da, Fars körfəzində 1150 gəmi gözləyir, 125 milyard dollarlıq tıxac yaranıb...

26.06.2026 / 13:56
Moldova Dnestryanı ilə birlikdə Rumıniyanın tərkibinə daxil olur...

26.06.2026 / 13:49
Bütün qadınları evlərdə dustaq edirlər - daha bir dözülməz müsəlman ölkəsi...

26.06.2026 / 13:38
SEPAH ABŞ-a İsraillə bağlı xəbərdarlıq edib

26.06.2026 / 13:35
Təbəs dünyanın ən isti şəhəri oldu

26.06.2026 / 13:22
Lənkəranda keçmiş məhkum 26 kq narkotiklə tutuldu

26.06.2026 / 13:15
Nazir Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.06.2026 / 13:09
DİN-dən narkotik əməliyyatı - 46 kq narkotik, 2087 psixotrop həb... 9 nəfər həbs olundu - VİDEO

26.06.2026 / 12:57
Naxçıvanda hərbi yürüş olub - FOTO

26.06.2026 / 12:45
Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər - FOTO

26.06.2026 / 12:10
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

26.06.2026 / 11:00
" Kılıçdaroğlu, Ünal Erzenin verdiyi 270 milyon lirəni neynədin? Televiziya filan da qurmadın"- Dəniz Zeyrək pis yerdən vurdu...

26.06.2026 / 10:50
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel göndərildi

26.06.2026 / 10:32
İyunun 26-sı Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günüdür

26.06.2026 / 10:23
Xankəndidə hərbi yürüş keçirilib

26.06.2026 / 09:00
Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini bir il uzadıb

26.06.2026 / 08:46
Vens: "ABŞ və İran Dohada birbaşa hərbi rabitə kanalı barədə razılığa gəliblər"

26.06.2026 / 08:43
Bloomberg: "Körfəzdən neft ixracı müharibədən öncəki səviyyənin 75%-nə qədər bərpa olunub

26.06.2026 / 08:34
Tramp açıqladı - İran ABŞ-ın kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni bazara çevrilir

26.06.2026 / 00:38
İranın vurduğu F-15 pilotunun səmada gördüyü sirli texnologiya ABŞ-ı qarışdırdı - "yadplanetli işi"... Pentaqon və ABŞ kəşfiyyatı ŞOKDA...

26.06.2026 / 00:24
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26.06.2026 / 00:05
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

25.06.2026 / 23:22
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı VİDEOÇARX paylaşılıb

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ