Bazar günü günü, 08 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Kaliforniyalı araşdırmaçının üç Azərbaycan bankına "çirkli pul" ittihamı cavabsız qalmadı
Tarix: 13.11.2014 / 02:39
Bölmə: Gündəm
Maliyyə Nazirliyi müzakirə aparır
Rauf Ağayev: "Burada hədəf adıçəkilən banklar deyil, məqsəd Azərbaycanın imicinə zərbə vurmaqdır"
"Bank Standard": "Bank Standard"ın bu məsələlərlə heç bir əlaqəsi yoxdur"
"Azəriqazbank": "Bu, rəhbərliyin səlahiyyətinə aid olan bir məsələdir"
Azərbaycanda fəaliyyət göstərən üç məşhur bankın adı "çirkli pullar"ın "yuyulmasında" hallanır. Bu sensasion iddia ilə Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koy (Damon McCoy) çıxış edib. Yerli mətbuatda gedən məlumatlarda bildirilir ki, oxşar iddia barədə bu ilin iyununda "KrebsOnSecurity" Kaliforniya Universitetinin (San-Dieqo) onlayn apteklərlə bağlı apardığı araşdırmaların nəticəsi haqqında məlumat yayılıb.
Araşdırmaların nəticəsində bəlli olub ki, guya internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri "tərəfdaşlıq" proqramları vasitəsilə əsasən "Azəriqazbank"da "yuyularaq" nağdlaşdırılıb. Araşdırma zamanı həmçinin daha 3 aktiv "tərəfdaşlıq" proqramı da müəyyən olunub. Bəlli olub ki, belə proqramlar çərçivəsində saxta antivirusların satışı "Bank Standard" və "Azərbaycan Beynəlxalq Bankı" üzərindən baş tutub. Bu zaman dövriyyədə 10 milyonlarla dollar olub.
Deymon Mak-Koy deyib ki, araşdırma zamanı o, internet üzərindən saxta proqram təminatı, antivirus proqramları satan çoxsaylı şirkətlə əlaqəyə girib və onlardan aldığı saxta proqramlara görə ödəmələri həyata keçirmək üçün bank hesabları istəyib. Belə saytlar sırasında "BestAV" və "Gagarincash" da olub. Bir neçə il davam edən araşdırmalar zamanı Deymon Mak-Koy belə saxta proqramlara görə əsasən "Bank Standard"dakı hesaba pul ödəyib. Bir neçə ay əvvəl isə ödəmələr "Azərbaycan Beynəlxalq Bankı"na transfer olunub. Araşdırmaçı "Win7Security" adlandırdığı və daha gizli şəkildə saxta antivirus proqramlarının satışı ilə məşğul olan onlayn satıcının izinə düşüb. Lakin sonradan həmin izi itirib.
Bir qədər əvvəl isə araşdırmaçı belə saxta proqramların satışı zamanı ödəmələrin həyata keçirilməsində vasitəçi olan idpay.com saytının müştəriləri haqqında bəzi məlumatlar əldə edib. Deymon Mak-Koy deyib ki, idpay.com-un hansı ölkədə fəaliyyət göstərdiyini müəyyən etməkdə çətinlik çəkir. Şirkətin saytında Rusiyada, Nyu-Yorkda və Böyük Britaniyada ofislərinin olduğu göstərilib. Lakin bu dövlətlərin müvafiq qurumlarında idpay.com-un qeydiyyatı yoxdur. Araşdırmaçı idpay.com-un məlumat bazasında olan müştəri saytları təhlil edib. Belə qənaətə gəlib ki, saxta proqram təminatı satan saytların əksəriyyəti idpay.com-un xidmətlərindən gəlirlərinin "yuyulması" üçün istifadə edir. D.Mak-Koy idpay.com-un müştərisi olan saytlardan birinə müraciət edərək saxta proqram təminatı alıb və ödəməni "Azərbaycan Beynəlxalq Bankı" vasitəsilə həyata keçirib.
"Azərbaycan bankları belə əməliyyatların həyata keçirildiyi bazarı praktiki olaraq inhisara alıblar" - deyə D.Mak-Koy bildirib.
D.Mak-Koy rusecurity.com saytına Azərbaycan rəhbərliyinin NATO nümayəndələri ilə görüşü zamanı müzakirə edilən kiber-təhlükəsizlik problemi kontekstində də diqqət çəkib. Deyib ki, Azərbaycan bankları üzərindən həyata keçirilən bu əməliyyatlar haqda məlumatlı olandan sonra sıravi Amerika vətəndaşlarının bank hesablarının təhlükədə olduğu qənaətinə gəlib.
Qeyri-leqal dərman satışı və saxta proqram təminatının satışı ilə məşğul olan şəbəkənin hesablarına Azərbaycan bankları vasitəsilə qanunsuz ödəmələrin həcmindən məlumatlı olan araşdırmaçı pul ötürmələri bazarında əsas oyunçulardan olan VİSA və "MasterCard"ın Azərbaycan bankları ilə əməkdaşlıq etməsindən məyusluğunu bildirib. O, VİSA və "MasterCard"ın Azərbaycan bankları ilə ABŞ və Avropa bankları arasındakı hesablaşmalar zamanı xidmət göstərməsini niyə dayandırmadığını sual edir.
Göründüyü kimi, Azərbaycanın bir neçə bankı ilə bağlı kifayət qədər ciddi iddialar səsləndirilir. Söhbət kiçik əməliyyatlardan deyil, 10 milyonlarla "çirkli pullar"ın "yuyulması"ndan gedir.
Bu məsələyə adları çəkilən bankların münasibətini öyrənmək qərarına gəldik.
Qalmaqalda adı çəkilən "Azərbaycan Beynəlxalq Bankı"nın Mətbuat xidmətinin rəhbəri Rauf Ağayev qəzetimizə açıqlamasında bildirdi ki, onlar bu ittihamla tanışdır. Bank rəsmisinin sözlərinə görə, Azərbaycanda "çirkli pullar"ın "yuyulması"nın müəyyən edilməsi üçün ciddi mexanizm tətbiq edilir":Məlum olduğu kimi, ciddi kompetent orqanlar bu işlə ciddi məşğul olur. Eyni zamanda bu, dünya üçün ciddi mövzu sayılır. Bizim bank istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə ciddi reputasiyaya malikdir. Bankımızın adı hansısa oxşar qalmaqallarda hallansaydı, bununla bağlı dünyanın ciddi qurumları həyəcan təbili çalardı. Dünyada bank sistemində şübhəli əməliyyatları həyata keçirənlərlə bağlı "FATF" deyilən bir qurum səviyyəsində araşdırmalar aparılır. İndiyə kimi bir dəfə də olsun bizim, nə də ki, digər bankların adı həmin çərçivədə çəkilməyib. Mən bu "araşdırmanı" Azərbaycanı istəməyən qüvvələrin əməyinin məhsulu sayıram. Burada hədəf adıçəkilən banklar deyil, məqsəd Azərbaycanın imicinə zərbə vurmaqdır. Dərindən araşdırsanız görərsiniz ki, heç həmin adda adam da yoxdur. Həmin araşdırmaya fikir verin. "Master Kart", "Viza"nın Azərbaycanla əməkdaşlığından narahatlıq ifadə olunur. Göründüyü kimi, olduqca şübhəli məqamlarla dolu və heç bir həqiqət yükü olmayan məlumatdır".
"Bank Standard"ın Marketinq şöbəsindən adının çəkilməsini istəməyən xanım əməkdaşı bizimlə söhbətində bu informasiyadan xəbərsiz olduqlarını dedi və bizə bir saatdan sonra əlaqə saxlamağı məsləhət gördü. Bir saatdan sonra zəngimizə cavab verən xanım əməkdaş bildirdi ki, həmin yazıda bəhs edilən faktların onların bankına heç bir aidiyyəti yoxdur: "Tamamilə absurd bir iddiadır. "Bank Standard"ın bu məsələlərlə heç bir əlaqəsi yoxdur. Yəqin ki, deyilənlər həqiqət olsaydı, əlaqədar qurumlar bankda yoxlamalar aparardı. İndiyə qədər belə söhbətə rast gəlməmişik".
Maliyyə Nazirliyinin mətbuat xidmətindən isə bizə bildirdilər ki, məsələdən məlumatlıdırlar":Hazırda bu məsələ ilə bağlı xidmətin rəhbəri müşavirədə iştirak edir. Yəqin ki, sizin bu istiqamətdə olan suallarınızı gün ərzində cavablandıra bilməyəcəyik".
"Azəriqazbank"ın mərkəzi ofisindən isə zəngimizə cavab verən əməkdaşlar belə sualları cavablandırmaq səlahiyyətində olmadıqlarını bildirdilər: "Bu, rəhbərliyin səlahiyyətinə aid olan bir məsələdir".
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
Tarix: 08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
Tarix: 08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi -
dünya qədrimizi bildimi?..
08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...
08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi
08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir"
- - Müdafiə naziri
08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
- Prezident
08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"
08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir"
- Prezident
08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür"
- Prezident İlham Əliyev
08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"
08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin"
- Prezident
08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"
08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib"
- Prezident
08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"
08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"
- Prezident
08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"
08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi"
- Prezident
08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi"
- Prezident
08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi
- FOTO/VİDEO
08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi
08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək
08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib
- FOTO
08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur"
- Şahbaz Şərif
08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər
- FOTO
08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan
- VİDEO
08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
- FOTO
08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib"
- Mətbuat Şurası
08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır
08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü -
İranın ticarət yolları tam qapanır
08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür
08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi
- 20 milyon dollar...
07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər
- FOTO
07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm"
- Lukaşenko 1917-ci il hadisələrinə qarşı…
07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?
07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq
- müharibə Avropaya da yayılacaq...
07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...
07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir?
- DOSYE
07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı
- FOTO
07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
- FOTO
07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu
...
07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi
- SƏRƏNCAM
07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir"
- Vüqar Rəhimzadə
07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...
07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub
- FOTO
07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
- FOTO
07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir
- FOTO
07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
- FOTO
07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi”
- Əhliman Əmiraslanov yazır...
07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır
- NATO-nun baş katibi
07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.
07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...
07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...
07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar
06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...
06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" -
iddia və həqiqət...
06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...
06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...
06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ