Bazar günü günü, 08 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İlham Əliyev Macar televiziyasına Azərbaycanın enerji-təhlükəsizlik siyasətinin əsas prinsiplərini açıqladı
Tarix: 13.11.2014 / 02:38
Bölmə: Gündəm
"Bizim Avropa İttifaqı ilə münasibətlərimiz praqmatik yanaşmaya əsaslanmalıdır"
"Prioritet olmayan sahələrə investisiya yatıran tərəfdaş olmaq istəmirik"
"Avropa İttifaqının bəzi üzvləri neftin 40 faizini Azərbaycandan əldə edir"
Prezident İlham Əliyev Budapeştdə Macarıstan Milli Televiziyasının müxbiri Bolaş İmreyə müsahibə verib. APA Azərbaycan Prezidentinin rəsmi saytına istinadən həmin müsahibəni təqdim edir:
- Əvvəlcə, bizə müsahibə verdiyiniz üçün Sizə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü və dinamik iqtisadiyyata malik ölkəyə çevrilib. Bu necə baş verdi?
- Əslində, son on il ərzində Azərbaycan əhəmiyyətli iqtisadi inkişaf dövrünü yaşayıb. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik ölkədir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionunun iqtisadiyyatında 75 faizdən artıq paya malikdir.
Biz çoxsaylı iqtisadi islahatlar həyata keçirmişik və həmçinin dünyanın aparıcı energetika şirkətləri tərəfindən neft və qaz sektoruna investisiyaların yatırılmasına nail olmuşuq. Buna görə də enerji amili, üstəgəl islahatlar və enerji ehtiyatlarının satışından əldə etdiyimiz aktivlərin insan kapitalına investisiya qismində yatırılması bizə iqtisadiyyatımızı şaxələndirmək imkanını verdi.
Bu gün biz enerjidən heç vaxt olmadığı kimi az asılıyıq və ümumi daxili məhsulun 50 faizdən çoxu qeyri-neft sektorunda istehsal edilir. Həmçinin, beynəlxalq təşkilatlar bizim nailiyyətlərimizi tanıyır. Bu yaxınlarda Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatı qlobal rəqabət qabiliyyətliliyinə görə 38-ci yeri tutub. Beləliklə, bu, iqtisadi islahatların göstəricisidir.
Maliyyə vəziyyəti sabitdir, xarici borc ümumi daxili məhsulun təqribən 8 faizini təşkil edir. Biz, həmçinin, işsizliyin və yoxsulluğun çox aşağı səviyyəyə - təqribən 5 faizə qədər azaldılmasına nail olmuşuq. Bizim yaxşı perspektivlərimiz var, çünki iqtisadiyyat dinamikdir və vəziyyət sabitdir. Üstəgəl, bizim bu gün beynəlxalq və Avropa bazarlarına çıxardığımız enerji ehtiyatları, əlbəttə ki, ölkəmiz üçün gələcəkdə əlavə imkanlar yaradacaq.
- Azərbaycan Avropa İttifaqına üzv olan bir çox dövlətlərlə strateji sazişlər imzalayıb. Siz Macarıstanla da belə bir razılaşma imzalamağa hazırlaşırsınız... Azərbaycan bu ölkələrə nə verə bilər?
- Bir neçə dəqiqə bundan əvvəl biz Baş nazir Viktor Orban ilə Macarıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannaməni imzaladıq. Sizin də qeyd etdiyiniz kimi, Avropa İttifaqının bəzi üzvləri ilə də oxşar sənədləri imzalamışıq. Bu gün Macarıstan ilə bu sənədi imzalamışıq. Bu bizim niyyətlərimizi, eləcə də əməkdaşlığımızın səviyyəsini nümayiş etdirən tarixi bir sənəddir. Bu gün Macarıstan və Azərbaycan artıq strateji tərəfdaşlardır. Bu sənəd bir çox sahələri - siyasi, iqtisadi, enerji, mədəniyyət və investisiya sahələrini əhatə edir. Düşünürəm ki, bu cür münasibətlər və sənədlər Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək potensial sazişin əsasını təşkil etməlidir. Biz bu ideyanı neçə illərdir ki, təbliğ etdik. Mən Avropa təşkilatlarının və Avropa İttifaqının rəhbərləri ilə olan təmaslarımda Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin əhəmiyyətini dəfələrlə qeyd etmişəm. Çünki enerji, təhlükəsizlik, ticarət, investisiyalar kimi sahələr, siyasi əlaqələr - bütün bunlar strateji əməkdaşlıq üçün əsas təşkil edir.
Hesab edirəm ki, bizim Macarıstan və Avropa İttifaqının digər dost ölkələri ilə ikitərəfli əlaqələrimiz gələcək əməkdaşlıq üçün yaxşı, möhkəm zəmindir. Biz Avropa İttifaqına yaxın olmaq istəyirik. Avropa İttifaqı öz üzvlərini dəstəkləyən dünya təşkilatının ən yaxşı təcrübəsini əks etdirir. Avropa İttifaqının standartlarına müvafiq yüksək həmrəylik səviyyəsinə çatmaq üçün hər bir ölkə cəhd etməlidir, o cümlədən də Azərbaycan. Buna görə də bizim Avropa İttifaqı ilə münasibətlərimiz praqmatik yanaşmaya əsaslanmalıdır. Biz bir-birimizə nə verə bilərik, qarşılıqlı maraq təşkil edən sahələr hansılardır, regionumuzda bir-birimizlə qarşılıqlı əlaqədə necə olacağıq, hansı çağırışlar var? Düşünürəm ki, bu, irəliləmək üçün ən yaxşı yoldur. Strateji maraq, enerji təhlükəsizliyi, siyasi və regional təhlükəsizlik bir-biri ilə bağlıdır.
- Siz Avropa üçün vacib məsələ olan enerji təhlükəsizliyini də qeyd etdiniz. Gələcəyin enerji təhlükəsizliyinə Azərbaycanın daxil olması nə üçün vacibdir?
- Əlbəttə ki, Avropa təşkilatları ilə münasibətlərimizdə enerji təhlükəsizliyi əsas prioritet təşkil edəcək, lakin biz bununla kifayətlənmirik. Azərbaycan artıq öz investisiyaları ilə Avropa bazarına daxil olur. Biz indi təkcə Azərbaycana yox, həm də xaricə sərmayələr yatıraraq investisiya portfelimizi şaxələndiririk. Azərbaycan artıq Avropa İttifaqının bəzi üzv ölkələrinə yüz milyonlarla avro məbləğində investisiya yatırıb. Bu proses davam edəcək. Biz Avropa İttifaqı və Azərbaycan arasında biznesin sadələşdirilməsi üzrə çox vacib saziş imzalamışıq. Bu bizim iş adamlarına və avropalılara bir-birinə daha asan çıxışı təmin edəcək. Bu isə, öz növbəsində, xalqlar arasında əlaqələri gücləndirəcək. Çünki xalqlar arasında əlaqələr olmadan istənilən siyasi çərçivə bütöv deyil.
Enerji məsələsinə gəldikdə, bizim böyük enerji ehtiyatlarımız var. Biz bu ehtiyatları Avropa bazarına çıxarmaq üçün artıq çoxlu səylər göstərmişik. Avropa İttifaqının bəzi üzvləri neftin 40 faizini Azərbaycandan əldə edir. İndi isə biz Avropanın enerji xəritəsini tamamilə dəyişəcək "Cənub" qaz dəhlizi layihəsini həyata keçiririk. Bizim təsdiq olunmuş minimum qaz ehtiyatlarımız 2,5 trilyon kubmetr səviyyəsindədir və daha da çox olacaq. Çünki biz hələ də kəşfiyyat işləri aparırıq. Hətta bu miqdar, ən azından, yüz il ərzində Avropa istehlakçıları üçün etibarlı qaz mənbəyinin olmasına kifayətdir.
İki aydan da az müddət öncə, yəni sentyabr ayında biz möhtəşəm "Cənub" qaz dəhlizi layihəsinə start verdik. Artıq işlər başlayıb. Bu layihə Azərbaycana bir çox Avropa ölkələri ilə əlaqələr yaratmağa və yeni müasir paylayıcı sistemin qurulmasına imkan verəcək. Biz elə bir paylayıcı sistem quracağıq ki, onun vasitəsilə 50 milyard kubmetrə qədər qaz nəql etmək mümkün olacaq. Eyni zamanda, bildiyimizə görə, Avropa ölkələri arasında qaz kəmərlərini bir-birinə bağlayan layihələr də nəzərdən keçirilir. Düşünürəm ki, burada bizə sıx əlaqələndirmə işlərini aparmaq və Azərbaycan kimi istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqlar balansını qorumaq lazımdır. Bu, enerji təhlükəsizliyi və şaxələndirilməsi layihəsidir. Enerji təhlükəsizliyi olmadan fiziki təhlükəsizliyi təmin etmək çətindir və bu məsələlər bir-birinə bağlıdır.
Enerji sahəsində ikitərəfli münasibətlərimizə gəldikdə, bu gün Baş nazir Viktor Orban ilə bu məsələni geniş müzakirə etdik və bizim əməkdaşlıq üçün yaxşı perspektivlərimiz var. Biz Macarıstanı enerji əməkdaşlığı sahəsində tərəfdaş hesab edirik və Azərbaycan qazının Macarıstana hansı marşrutlarla gətirilməsini dəyərləndiririk. Bu, Bolqarıstan-Rumıniya-Macarıstan marşrutu, ya da Balkan ölkələrindən keçəcək, sonradan da Xorvatiyadan Macarıstana gedəcək İoniya-Adriatik boru kəməri layihəsi ola bilər. Hansı marşrutun bizim hamımız üçün münasib olması məsələsi dəyərləndirilməlidir. Bizim icra etdiyimiz "Cənub" qaz dəhlizi layihəsini və Azərbaycanın qaz ehtiyatlarını nəzərə alaraq, şübhəm yoxdur ki, Azərbaycan və Macarıstan qaz sahəsində tərəfdaş olacaq.
- Deyə bilərsinizmi ki, Azərbaycan və Macarıstan bir-birinin sərmayələrindən necə faydalana bilər?
- Əminəm ki, aramızda olan çox yaxın siyasi əlaqələr və artıq bu gün rəsmiləşdirdiyimiz strateji tərəfdaşlıq iqtisadi şaxələndirmə sahəsində praktiki əməkdaşlıq üçün yeni imkanlara yol açacaq. Məsələn, bu il qarşılıqlı ticarət dövriyyəsində artım üç dəfədən artıq - 300 faizdən çox olub. Bunun səbəbi də hər iki tərəfin siyasi iradə nümayiş etdirməsidir.
Bu gün bir azdan başlayacaq biznes forumda biz bir neçə praktiki müqavilə və anlaşma memorandumlarını imzalayacağıq. Onlar bir çox sahələri əhatə edir. Macar şirkətləri Azərbaycandakı böyük inşaat layihələrində iştirak edəcək. Onlar ölkəmizdə bir neçə körpü tikəcəklər. Eyni zamanda, macar şirkətləri su təchizatı və paylanması ilə bağlı layihədə bizim tərəfdaşlarımız qismində çıxış edəcək.
Azərbaycana müxtəlif növ kənd təsərrüfatı məhsullarının çatdırılması üçün macar şirkətləri ilə kənd təsərrüfatı sahəsində artıq çox yaxşı iş təcrübəmiz var. Bu gün informasiya texnologiyaları sahəsində sənəd imzalanmışdır və burada söhbət Regional Məlumat Mərkəzinin yaradılmasından gedir. Turizm, dərman preparatlarının istehsalı, əczaçılıq sahələri kimi bir çox digər sahələr də mövcuddur. Azərbaycanda infrastruktur və inşaat ilə bağlı icra olunan bir çox layihələr var. Biz bu layihələrə tərəfdaşlıq üçün Avropadan bir çox şirkətləri Azərbaycana dəvət edirik. Biz dost ölkələrdən olan şirkətlərlə ortaq işbirliyi qurmaq istəyirik. Buna görə ticarət dövriyyəsinin üç dəfədən çox artması səbəbsiz baş verməyib. Bunun səbəbi bizim sıx siyasi əlaqələrimiz, qarşılıqlı etibarımız və qarşılıqlı hörmətimiz olub. Baxmayaraq ki, üçqat artım çox yaxşı göstəricidir, lakin mövcud olan potensial bundan qat-qat böyükdür və biz Baş nazir Orban ilə potensialın böyük olduğunu müzakirə etdik. Biz investisiya sahələrində daha çox əməkdaşlıq etmək istəyirik. Biz hökumətinizin də prioritet hesab etdiyi sahələr üzrə Macarıstana investisiya yatırmaq üçün müxtəlif fikirləri nəzərdən keçiririk ki, uzun illər ərzində davam edəcək güclü iqtisadi tərəfdaşlıq qura bilək və hər iki tərəf bundan yalnız faydalanacaq.
- Bu çox vacibdir: Azərbaycan Macarıstana nə verə bilər? Ölkəniz iqtisadiyyatla bağlı bizə nə məsləhət verə bilər, yoxsa sadəcə investisiyalarla kömək edə bilər? Necə ki, Macarıstan Azərbaycanda yol və körpülərin tikintisi ilə bağlı bunu edib.
- Əminəm ki, Macarıstana heç bir məsləhət lazım deyil. Sizin əhalinin böyük dəstəyini qazanmış çox dinamik, effektli hökumətiniz var. Son seçkilər də bir daha Baş nazir Viktor Orbanın yürütdüyü siyasətin milli maraqlara söykəndiyini və əhalinin əksəriyyəti tərəfindən dəstəkləndiyini nümayiş etdirdi. Buna görə də siz doğru yoldasınız və biz də sizin dostunuz kimi, əldə etdiyiniz bu möhtəşəm nailiyyətinizə görə sizi və hökumətinizi yalnız təbrik edə bilərik. Çünki ölkəniz indi müstəqil və milli maraqlara söykənən siyasət yürüdən ölkələrin rəmzidir və bu da həm sizin, həm də bizim hökumətimiz üçün yüksək prioritet təşkil edir. Aramızda bir çox oxşarlıqlar var, ola bilsin ki, bu oxşarlıqlar bizi birləşdirir.
Praktiki cəhətdən Azərbaycanın sərmayə ilə daxil olduğu istənilən ölkədə biz investisiya sahələri üzrə hökumət qurumları ilə məsləhətləşmələr aparırıq. Biz təbii ki, prioritet olmayan sahələrə investisiya yatıran tərəfdaş olmaq istəmirik. Biz bu layihələrə biznes və əlaqələrimizin gücləndirilməsi nöqteyi-nəzərindən baxırıq. Buna görə də bu sahələr turizm, otel biznesi, infrastruktur, ağır sənaye ola bilər. Biz Macarıstanda, o cümlədən Azərbaycanda birgə investisiya layihələrini təşkil edə bilərik. Beləliklə, çoxlu imkanlar var və biz onları reallaşdırmağa hazırıq. Mənim səfərim və Baş nazirlə dünən və bu gün apardığım müzakirələr əsasən bu yeni fürsətlərin dəyərləndirilməsinə, üstəgəl Macarıstandan Azərbaycana daha çox şirkətlərin dəvət edilməsinə yönəlib. Bu gün biznes forumda, əlbəttə ki, Azərbaycanda mövcud biznes imkanları ilə bağlı təqdimat keçiriləcək. Növbəti illərdə biz nə etməyi planlaşdırırıq və xarici şirkətlərin bizə qoşulması üçün imkanlar nədir? Əlbəttə, bizim gələcəkdə yeni layihələrimiz və yaxşı nəticələrimiz olacaq.
- Müsahibə verdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm.
DİGƏR XƏBƏRLƏR
Tarix: 08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
Tarix: 08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
Tarix: 08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
Tarix: 07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
Tarix: 07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
Tarix: 30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
Tarix: 29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
Tarix: 28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ
Tarix: 28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu -
aktivləri donduruldu
Tarix: 28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” -
85 nəfər saxlandı
Tarix: 27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" -
Ozodbek Nazarbekov
Tarix: 27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...
Tarix: 05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...
Tarix: 05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..
SON XƏBƏRLƏR
08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi -
dünya qədrimizi bildimi?..
08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...
08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi
08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir"
- - Müdafiə naziri
08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!"
- Prezident
08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"
08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir"
- Prezident
08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"
08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür"
- Prezident İlham Əliyev
08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"
08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin"
- Prezident
08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"
08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib"
- Prezident
08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"
08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi"
- Prezident
08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"
08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi"
- Prezident
08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi"
- Prezident
08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi
- FOTO/VİDEO
08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi
08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək
08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib
- FOTO
08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur"
- Şahbaz Şərif
08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər
- FOTO
08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan
- VİDEO
08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
- FOTO
08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib"
- Mətbuat Şurası
08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır
08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib
08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası -
“Zəfər arzuları”
08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu
08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi
08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü -
İranın ticarət yolları tam qapanır
08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür
08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...
07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
- VİDEO
07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı
07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir
07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...
07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar -
Zəfərin kökündə müzakirə edilən məqamlar...
07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər
07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi
- 20 milyon dollar...
07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər
- FOTO
07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm"
- Lukaşenko 1917-ci il hadisələrinə qarşı…
07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?
07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq
- müharibə Avropaya da yayılacaq...
07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...
07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir?
- DOSYE
07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı
- FOTO
07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
- FOTO
07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu
...
07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi
- SƏRƏNCAM
07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir"
- Vüqar Rəhimzadə
07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...
07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub
- FOTO
07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
- FOTO
07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir
- FOTO
07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
- FOTO
07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi”
- Əhliman Əmiraslanov yazır...
07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu
- FOTO
07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır
- NATO-nun baş katibi
07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.
07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...
07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub
07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...
07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
- FOTO
07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib
07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar
06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...
06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" -
iddia və həqiqət...
06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...
06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...
06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ