çərşənbə günü, 14 oktyabr 2026
     

Türkiyə istintaqı Mübariz Mənsimovun FETÖ ilə ortaqlığını sübuta yetirir...

Image


Bir müddət əvvəl, hələ həbs edilmədən öncə  Azərbaycan əsilli oliqarx Mübariz Mənsimovun siyasətə meyllənmək cəhdlərindən yazmışdıq. Onun siyasətlə məşğul olmaq istəməsi bizim üçün  təəccüblü deyildi. Ancaq maraqlıydı  ki, M.Mənsimov, başqa iş adamları kimi, öz hobbisini vətəndaşı olduğu ölkədə deyil, Azərbaycanda həyata keçirməyə çalışırdı. Son zamanlar, xüsusilə də sosial şəbəkələrdə aktivləşən M.Mənsimov Azərbaycan hakimiyyətinə qarşı radikal mövqedə dayanan müxalif liderlərindən heç nəyi ilə fərqlənməyən mövqelər sərgiləməyə başlamıdı. Bu fəaliyyətin yeni başladığı zamanda adamda sual yaranırdı: milyarder kimi qələmə verilən bir adamın sosial şəbəkələrdə vaxt keçirməyə bu qədər zamanı hardandır? Güman edilirdi ki, yəqin onun adından yaradılan saxta profillər bu işlə məşğuldur. Sonra işin arxsından Mənsimovun özü çıxanda, adamda ilk olaraq  belə təəssürat yarandı ki, onun işləri heç də yaxşı getmir. Çünki yalnız nəyi var əlindən çıxan biri sosial şəbəkələrdə belə kin-küdurət, qəzəb püskürə bilərdi.

Son ildəki onun virtual fəaliyyətini təhlil etdikdə görünür ki, Mübariz Mənsimov Azərbaycan dövlətinə qarşı hansısa kampaniyaçılığın aparıldığı dönəmdə aktivləşməyə başlayıb. Bizim radikal müxalif dairələr isə ona pullu şikar gözündə baxaraq, hər vasitə ilə özünə cəlb etmək istəyiblər. Mənsimov, əslində bütün Azərbaycan hakimiyyətini hədəf alan açıqlamalarını SOCAR üzərindən edirdi. Hədəf olaraq SOCAR-ı seçir və həmin mövzuda sadə vətəndaşların psixikasına hesablanan populist çıxışları ilə yadda qalırdı. Çox maraqlıdır ki, Mübariz Mənsimovun yaşadığı, fəaliyyət göstərdiyi Türkiyədəki həbsini də məhz SOCAR-la bağlamağa çalışanlar oldu. Xüsusilə də iş adamının son vaxtlar xitab etdiyi radikal kəsim bu istiqamətdə fəallıq etməyə başladı.

Əslində soydaşlarımız olan iş adamlarının qanun çərçivəsindəki fəallığı bizi sevindirməlidir. Çünki həmin adamlar xaricdəki Azərbaycan diasporunun fəxri nümayəndələri sırasında yer alırlar. Ancaq bəzən görürsən ki, əsasən də xarici ölkələrin vətəndaşlığını qəbul edən həmin varlı soydaşlarımızdan öz ölkəmizə qarşı  siyasi məqsədlər üçün də istifadə etmək niyyətləri ortaya çıxır. Bunun ən bariz nümunəsini biz 2013-cü il prezident seçkilərində Rusiyada söydaşlarımızın “dəstəyi” ilə ərsəyə gələn “Milyarderlər İttifaqı”nın timsalında gördük. Mübariz Mənsimov nümunəsi isə daha təhlükəlidir. O bir tərəfdən Azərbaycanla bağlı qənaətbəxş  olmayan mövqe səriləyirdi, digər tərəfdən isə Türkiyə dövlətinə qarşı olan fəaliyyətilə qismən də olsa iki qardaş ölkənin münasibətlərinə kölgə salmağa çalışırdı. Ortaya çıxan konkret dəlillər bunu deməyə əsas verir. Qeyd edək ki, Mübariz Mənsimov bu ilin mart ayında həbs olunub. Onun həbs edilməsi ölkəmizdə  bəzi dairələrin də   etirazına səbəb oldu.  Hətta Mənsimovun azadlığa çıxması üçün kampaniyalar belə təşkil edildi.

İddia olunurdu ki, güya  iş adamının həbsində siyasi motivlər var. Bu səbəbdən, Türkiyənin hüquq sisteminə qarşı ciddi ittihamlar səsləndirilmişdi və Mübariz Mənsimovun siyasi sifarişlə həbs olunduğu qeyd olunurdu. Aydındır ki, hər bir vətəndaş kimi Mübariz Mənsimov da qanun qarşısında cavab verməlidir. Çünki qanun hamı üçündür. Mənsimovun həbs olunmasında, məhkəmə qarşısına çıxarılmasında qeyri-adi nə var? Yüzlərlə belə fakt var ki, milyardlarla dollar pulu olan iş adamları hüquqi məsuliyyətdən yayına bilməyib. Düzdür, onlar əllərindəki maliyyə imkanları və əlaqələrindən istifadə etməklə cinayətlərini ört-bastır etməyə çalışsalar da, fakt öz faktlığında qalır. Gec-tez ittihamlar sübuta yetirilir və cinayətkar cəzasını alır. Əlbəttə ki, Mübariz Mənsimov da öz cinayətlərini ört-basdır etmək üçün bir çox variantlardan istifadə etdi. O, həbsini hər vəchlə siyasiləşdirməyə çalışırdı. Hətta Azərbaycanın daxilində bəzi qrupların maraqlarına xidmət edən paylaşımlar etməklə animilli qüvvələrin  mövqelərini gücləndirməyə cəhd göstərirdi. Müxtəlif oyunlar quruldu, sosial şəbəkələrdə “Mənsimovun qəhrəmanlıq səlnaməsi”nə dair kütləvi paylaşımlara rast gəlindi. Hətta ölkə mətbuatını da bu oyunlara alət etməyə hesablanmış gedişlər də az olmadı. Lakin İstanbul Cümhuriyyət Baş Prokurorluğu ortaya təkzibolunmaz dəlillər qoyaraq Mənsimovun FETÖ ilə əlaqələrinə işıq salmış oldu. Yəqin ki, Mənsimov bundan sonra da Türkiyədə və Azərbaycandakı havadarları vasitəsilə həbsini siyasiləşdirmək cəhdlərini davam etdirəcək. Amma nəticə verəcəyi inandırıcı deyil. Çünki cəmiyyət də gördü ki, Mübariz Mənsimovun FETÖ ilə əlaqələri tam şəkildə sübuta yetirilib. Yəni ki, açıq qalan suallar yoxdur.  Artıq “Fətullahçı Terror Təşkilatına üzv olmaq” ittihamı ilə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimov barəsində istintaq prosesi başa çatıb. İstanbul Baş Prokurorluğu tərəfindən 3 bölümdən ibarət 26 səhifəlik ittiham verilib. İttiham aktında şübhəlinin FƏTO-ya aidiyyəti tək-tək izah edilib və təşkilatın rəhbərinin əşyalarını muzeydə nümayiş etdirdiyi də qeyd edilib.

İstintaqın nəticəsinə görə, azərbaycanlı iş adamının FETÖ-nun ən yaxşı menecerlərindən olan Akın İpək, Suat İldırım, Süleyman Uysal ilə sıx telefon əlaqəsində olduğu məlum olub. Mənsimovun Təşkilatın Rus imamı Əhməd Hamdi Vural ilə iş yerində görüşdüyü və müəyyən edilib. Onun təşkilatın rəhbəri Fətullah Gülənlə üz-üzə görüşdüyü, hətta şəxsi əşyalarını alıb muzeydə sərgiləməsi, xaricdəki məktəb və dərnəklərin fəaliyyətlərini davam etdirməsi üçün maddi yardım göstərdiyi bildirilib.

İttiham aktında Mənsimovun FETÖ/PDY silahlı terror təşkilatı ilə intensiv təmasının dekabrın 17-dən 25-dək olan dövrdən sonra da davam etdiyi və təşkilatın idarəçiləri ilə sıx təmas və əməkdaşlığın 2016-cı ilə qədər davam etdiyi qeyd edilib. Təşkilatın xarici struktur quruluşuna cavabdeh olan Ahmet Hamdi Vural ilə gizli bir görüş və əlaqənin olduğu, qeydlərin və müsahibələrin aşkarlanmasının qarşısını almaq üçün "Cammer" adlı danışıq cihazlarından istifadə olunduğu qeyd edilib.

Prokurorluq tərəfindən Mübariz Mənsimovun "Silahlıterror qruplaşmasına üzv olmaq" cinayətindən cəzalandırılması istənilib. O, yaxın günlərdə İstanbul Ağır Cəza Məhkəməsində mühakimə olunacaq.

Türkiyənin  nüfuzlu media nümunələri Mənsimovun işində adı keçən şahidlərin istintaqa verdikləri ifadələri də ictimailəşdirib. Verilən ifadələrlə tanış olduqda Azərbaycan əsilli iş adamının  qardaş ölkədə bu cür fəaliyyətlə məşğul olduğu təəccüb doğurur. M. E. adlı gizli şahid İstanbul Baş Prokurorluğunda verdiyi ifadədə bildirib ki, Mənsimov 15 İyul çevriliş cəhdindən bir neçə həftə əvvəl ofisdə olarkən bir neçə dəfə əlini ürəyinə vurub və "bunların hamısı müvəqqətidir, Xoca Əfəndi gələcək” deyib. "Yəni bunu ürəkdən istəyirmiş kimi danışdı. Bu sözləri o, ofisdə bir vəkillə söhbət edərkən söylədi. Qısa müddətdən sonra çevriliş cəhdinin olduğunu biləndə Mənsimovun əvvəlcədən nələrisə bildiyini düşünərək şirkətdən ayrıldım”.

İfadə verən digər bir şahid A.Ç. isə 2014-cü ilin sonu, 2015-ci ilin əvvəlində şirkətin demək olar ki, bütün rəhbər əməkdaşlarının Rusiyanın Rostov şəhərindəki "Palmali” şirkətinə baş çəkərkən yaşananları prokurorluqla paylaşıb: "Şam yeməyi üçün bir restorana gedildi. Yemək əsnasında  Mənsimov FETÖ rəhbərinə işarə ilə "Xoca Əfəndi gələcək ” deyərək o zaman baş nazir olan Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlama verdi.

A.Ç. həmçinin bildirib ki, Mənsimov hazırda ölkədən qaçan FETÖ idarəçilərindən olan İhsan Kalkavanla birlikdə FETÖ rəhbərini ziyarət edib və orada Mənsimova Gülənin pijama və araqçını hədiyyə olaraq təqdim edilib. Şahid qeyd edib ki, bu hədiyyələr daha sonra Mənsimovun şirkətinin girişindəki Dəniz Muzeyində sərgilənib. Prokurorluq bu ifadələr əsasında müəyyən edib ki, təşkilat rəhbəri bəzi üzvlərin təşkilatdakı mövqeyini yüksəltmək məqsədilə onlara öz şəxsi əşyalarını hədiyyə verir. Mənsimov da bu baxımdan təşkilatın yüksək mövqe tutan üzvlərdən biri kimi qiymətləndirilir.

Təbii ki, Mübariz Mənsimovla bağlı son sözü Türkiyə məhkəməsi deyəcək. Ancaq ortada olduqca ciddi dəlillər var və bu sübutlar Azərbaycan əsilli iş adamının terror qruplaşması  kimi qəbul olunan bir təşkilatla əlaqələrinin ən üst səviyyədə olmasına şübhə yeri qoymur.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ