çərşənbə günü, 14 oktyabr 2026
     

Moskva İrəvanı rəsmən tək qoydu... Avropa öz başının hayında, pandemiyanın dağıdıcı təsiri köməksiz Ermənistanı daha dərin iqtisadi böhrana sürükləyir

Image


Koronavirusun çökdürdüyü Ermənistan üzləşdiyi çətinliklər fonunda onu indiyə qədər ayaqda saxlayan Rusiyanı getdikcə daha çox ittiham etməyə başlayıb. Belə görünür ki, hadisələrin indiki inkişaf axarı İrəvan və Moskvanın münasibətini əhəmiyyətli dərəcədə pisləşdirəcək. Elə erməni ekspert Aşot Markosyan da məsələyə eyni prizmadan yanaşır. O bildirir ki, koronavirus epidemiyası ilə əlaqədar dünya iqtisadiyyatı çöküş yaşayır və Ermənistan da bundan kənarda qala bilməz. Lakin ekspert virusun erməni iqtisadiyyatına daha dağıdıcı təsir göstərdiyini vurğulayır.

Aşot Markosyan xatırladır ki, Ermənistanda epidemiya ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan olunub və bir sıra müəssisələrin fəaliyyəti məcburi şəkildə dayandırılıb. Bunun ardınca Ermənistan hökuməti koronavirus pandemiyası səbəbindən tətbiq olunan fövqəladə vəziyyətin uzadılması barədə qərar qəbul edib. Ermənistan Nazirlər Kabineti tərəfindən fövqəladə vəziyyətin mayın 14-nə qədər uzadıldığı bildirilib. Bu isə azsaylı istehsal və xidmət sahələrinin fəalyyətini hələ bir müddət də dayandırması deməkdir.
Bütün bunlara paralel olaraq, Ermənistanda qazın qiymətinin bahalaşması barədə söz-söhbətlər aktivləşib. Məlum olduğu kimi, Ermənistan baş nazirinin müavini Mher Qriqoryan “Qazprom”un rəhbəri Aleksey Millerə məktubla müraciət edib ki, qiymət məsələsi yenidən nəzərdən keçirilsin, çünki dünya enerji resursları bazarında baş verənlər sirr deyil. Amma bu müraciətdən sonra “Qazprom Armenia” qazın qiymətinin bahalaşması tələbilə çıxış edib. Ermənistanda qazın qiymətinin dəyişdirilməsinə hansı komponentlərin təsir edəcəyinə dair Aşot Markosyan qeyd edib:“Bilirik ki, Ermənistanın öz yanacaq və enerji resursları yoxdur, əslində qaz və digər enerji resurslarının idxalı respublika sərhədlərindən kənarda edilir. Rusiya indiki halda qazın qiymətini qaldırmaqla Ermənistanı sıxışdırır və bu, müttəfiqlik hesab edilə bilməz. Bu səbəbdən ölkəmizlə qaz istehsal edən ölkə və ya ölkələr birliyi arasında formalaşan qiymət sistemi müəyyən hallardan asılıdır. Bu halların yaranması müəyyən formada təbii resursların qiymətinə də təsir edir”.

“1in.am” portalı da yazır ki, İrəvanın Kremlə qarşı çıxmaq niyyəti Moskvanı daha da qəzəbləndirib və indi Rusiya Ermənistandan üz döndərir:"Koronavirus dünyanın bütün ölkələri üçün problemlər yaradıb. Hazırda Ermənistan-Rusiya gündəliyində əsas məsələ bəlkə də qaz problemidir və bu, Ermənistan üçün həyati əhəmiyyət daşıyır". O da xüsusi vurğulanır ki,  yaranmış qeyri-müəyyənlik Ermənistanı təhdid edən iqtisadi böhranı daha da genişmiqyaslı edir:"Rusiyanın Ermənistana qarşı müttəfiq öhdəlikləri varsa, açıq şəkildə başa düşməlidir ki, qazın qiymətinin bahalaşması Ermənistanın iqtisadiyyatını çöküş astanasına sala bilər. Digər tərəfdən, qaz problemi Moskvanın İrəvana qarşı təzyiq üçün istifadə etdiyi yeganə məsələ deyil. Rusiya Azərbaycanla hərbi-texniki əməkdaşlıq istiqamətlərinin geniş çərçivəsində, eləcə də aviasiya təchizatı istiqamətində danışıqlar aparmağa hazırdır". Portal yazır ki, Ermənistan Avrasiya İqtisadi Birliyindən də istədiyi yardımı ala bilmir. Bu baxımdan da Avrasiya İqtisadi Birliyi Avropa Birliyindən fərqlənir: “Avropa Birliyi (AB) koronavirus pandemiyasının nəticələrinə qarşı gördüyü antiböhran tədbirləri çərçivəsində 500 milyard avro ayıracaq, bunun 300 milyardı kiçik və orta biznesin dəstəklənməsinə yönəldiləcək. AB baxımından, koronavirus böhranının müxtəlif xarakterli nəticələri oldu – böhran həm texniki, həm siyasi, həm  də sosial-psixoloji problemləri ortaya çıxardı. İş ondadır ki, böhran bir zamanlar vahid olan Avropanı parçalanmağa, sərhədləri bağlamağa məcbur etdi. İtaliya ona yetərli dəstək vermədiyi üçün Avropadan açıq şəkildə şikayətə başladı. Yarım trilyon avroluq proqramla böhranın nəticələrinin ağırlığını neytrallaşdırmaq və paralel olaraq, Avropada sosial-psixoloji atmosferi bərpa etmək mümkün olacaqmı? Bu suala dəqiq cavab vermək praktiki mümkün deyil, çünki dünyanın koronavirusla necə, nəhayət, hansı rejimdə mübarizə aparacağı və postkoronavirus perspektivləri nöqteyi-nəzərincə qeyri-müəyyənlik, hələ ki, davam edir. Bununla birlikdə, AB tənəzzülü durdura bildi. Söhbət iqtisadi tənəzzüldən deyil, sosial-psixoloji və siyasi tənəzzüldən gedir. Ancaq bu, çağırışların ikinci mərhələsinin gəlməyəcəyinə təminat vermir. Bu mərhələdə AB, deyəsən, özünə gəlib və idarəçiliyə başlayıb. Bu fonda Ermənistanın olduğu yerdə vahid iqtisadi məkan və həyat qabiliyyətli struktur olma iddiası ilə çıxış edən Avrasiya İqtisadi Birliyində (AİB), – praktiki koronavirus ondan bir şey qoymayıb, – durumun necə olması maraqlıdır. Bu mənada, mövcud durumda AİB böhranı idarə etmək qabiliyyətini göstərə bilməsə də, heç olmasa, “həyat əlamətləri” göstərməlidir.

Bu arada, biz görürük ki, epidemiya artıq bir neçə həftə ərzində bütün dünyanı bürüyüb, AİB üzvü olan dövlətlər arasında isə, praktiki olaraq, yüksək səviyyəli təmaslar, hətta nazirlər səviyyəsində müzakirələr belə, yoxdur. Üçüncü ölkələrdən gələn bir sıra əhəmiyyətli mallara qoyulan gömrük rüsumlarının sıfırlanması haqqında qərar qəbul edilib. Deyilənə görə, mühüm qərardır, ancaq bu,  çox güman ki, “suda boğulmamaq” üçün verilən qərardır. Ancaq sudan necə çıxmaq məsələsi AİB-də müzakirə belə edilmir. Bu da həmin ittifaqın nə olduğunu ən yaxşı formada izah edən əlamətdir. O, Rusiyanın geopolitik iddialarını təmin etmək vasitəsidir, lakin böhran şəraitində Rusiya üçün yükə çevrilir. İddialar nə qədər olarsa, bu iddiaların alət və vasitələri üçün məsuliyyət də o qədər olmalıdır. Halbuki, bu mənada, Moskvanın məsuliyyət resursu yoxdur və üstəlik o, hətta əməli olaraq öz sərəncamında olan vasitələrin ümumi maraqlara xidmət etməsindən – enerji resurslarının, o cümlədən qazın qiymətinin endirilməsindən imtina edir. Bu vəziyyət Ermənistan üçün ciddi problemdir və İrəvanı daha çox Qərbə baxmağa vadar etməlidir”. Lakin məsələ burasındadır ki, Qərbdə də Ermənistana yaxın durmaq istəyən yoxdur.

Nahid SALAYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ