çərşənbə günü, 14 oktyabr 2026
     

Kreml İrəvana qarşı daha sərt siyasətə start verir... ABŞ-ın Ermənistandakı bioloji laboratoriyaları yenidən gündəmdə...

Image


Ermənistana satdığı qazın qiymətini qaldırmağa hazırlaşan Rusiya daha  bir məqam üzrə İrəvanı küncə sıxışdırmağa hazırlaşır. Belə ki,  Rusiyanın "Moskovskiy komsomolets" qəzetində  Ermənistan ərazisində yerləşən ABŞ-ın bioloji laboratoriyaları barədə məlum yazı dərc edildikdən sonra işğalçı ölkənin özündə də məsələ yenidən aktuallaşıb.

Xatırladaq ki,  Moskvanın dəfələrlə təkid etməsinə baxmayaraq, İrəvan hələ də bu laboratoriyalara rusları buraxmır. İndi koronavirusun Ermənistanda tüğyan etməsi fonunda məsələ yenidən erməni mediasının gündəminə gəlib. Bu xüsusda Ermənistanın “168 jam” qəzeti yazır ki, laboratoriyaların Rusiya tərəfindən indiki vaxtda yenidən gündəmə gəlməsi təsadüfi deyil:“Rusiyalı mütəxəssislərin Ermənistan ərazisində yerləşən bioloji laboratoriyalara buraxılması məsələsi sonuncu dəfə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana ötən il baş tutan ikigünlük səfərində əsas müzakirə mövzularından biri oldu. Lavrov bildirdi ki, Moskva bu məsələ ilə bağlı tezliklə memorandum imzalamaq ümidindədir. Amma İrəvan buna tələsmir. Moskva da bundan çox qəzəblənir. Hələ 2008-ci ildən Pentaqon Ermənistanda 10-a yaxın bioloji laboratoriya yaradıb. Onlar Amerikanın müdafiə məqsədli “Müştərək iştirakla bioloji proqram”ı üzrə işləyir. Ermənistan hakimiyyəti bildirir ki, bioloji laboratoriyalar yalnız tibbi məqsədlərlə istifadə olunur. Amma Rusiya Moskva və İrəvanın bioloji təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulayıb. Bu kontekstdə Kreml dəfələrlə İrəvana bioloji silahın hazırlanmasını qadağan edən konvensiyanın mövcudluğunu da xatırladıb və bildirib ki, ABŞ qəti şəkildə bu konvensiyaya etiraz edir, dünyanın hər yerində ikitərəfli əsasda özünə tabe olan laboratoriyalar yaratmağa çalışır. Hazırda laboratoriyalar məsələsi Moskva və İrəvan arasında ciddi ziddiyyət predmeti olaraq qalmaqda davam edir və belə getsə, Moskva Ermənistana qarşı müəyyən cəza tədbirlərini işə sala bilər. Bu mənada,  "Moskovskiy komsomolets" qəzetinin yenidən bu məsələni qabartması da təsadüfi sayıla bilməz”.

"Hazırda Ermənistanda bütöv bir şəbəkə - Bioloji Təhlükələrin Azaldılması Proqramı (BTRP) çərçivəsində ABŞ hərbçilərinin pulu ilə yaradılmış və ya modernləşdirilmiş 12 bioloji laboratoriya fəaliyyət göstərir ki, bu da öz növbəsində ABŞ Bioloji Birgə İştirak Proqramının (CBEP) bir hissəsidir. Proqram 25 ölkədə fəaliyyət göstərir. Ermənistan buna 2008-ci ildə qoşulub..."

Xatırladaq ki, "Moskovskiy komsomolets" Ermənistan Səhiyyə Nazirliyi Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin 14 mütəxəssisinin virusa yoluxmasından sonra məsələni gündəmə gətirib. Nəşr yazır:"Hazırda Ermənistanda bütöv bir şəbəkə - Bioloji Təhlükələrin Azaldılması Proqramı (BTRP) çərçivəsində ABŞ hərbçilərinin pulu ilə yaradılmış və ya modernləşdirilmiş 12 bioloji laboratoriya fəaliyyət göstərir ki, bu da öz növbəsində ABŞ Bioloji Birgə İştirak Proqramının (CBEP) bir hissəsidir. Proqram 25 ölkədə fəaliyyət göstərir. Ermənistan buna 2008-ci ildə qoşulub. CBEP-in bəyan edilmiş məqsədi epidemiyaların qarşısını almaq, təhlükəli virusları, bakteriyaları, digər mikroorqanizmləri aşkar etmək və təsirlərini zərərsizləşdirməkdir. Hazırda İrəvanda üç laboratoriya var - Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzində, Dövlət Qida Təhlükəsizliyi Xidmətində və "Nork" Yoluxucu Xəstəliklər Klinikasında. Regional laboratoriyalar, məsələn, Gümrü, Vanadzor, İcevan və Martuni şəhərlərindədir. ABŞ bu şəbəkənin yaradılmasına təxminən 50 milyon dollar xərcləyib. Ermənistandakı laboratoriyaların ikili - hərbi və mülki təyinatlı obyektlər ola biləcəyi ilə bağlı ortaya dərhal şübhələr çıxıb. Hələ heç kim bu suallara dəqiq cavab verməyib ki, laboratoriyaların yaradılması niyə ABŞ-ın Səhiyyə Nazirliyi tərəfindən yox, Pentaqon tərəfindən maliyyələşdirilir. Amerikalı hərbi virusoloqlar niyə tədqiqatlarını aparmaq üçün uzaq ölkələrə getməli idilər – axı ABŞ-da bu cür laboratoriyaları təchiz etmək daha ucuz başa gələr? Məntiq qanunlarını rəhbər tutsaq cavab budur: həmin laboratoriyalarda, Quantanamo həbsxanasında olduğu kimi, ABŞ ərazisində qanun çərçivəsində məşğul olmağın mümkün olmadığı istənilən işləri görmək olar. Və ikinci cəhət: heç kim təminat verməyib ki, təhlükəli virus təsadüfən (məsələn, zəlzələ nəticəsində) "azadlığa çıxa” bilməz. Əhali əziyyət çəkə bilər. Ona görə də risq altına "xarici əhali"nin düşməsi daha yaxşıdır. Moskva ABŞ-ın Ermənistanda biolaboratoriyalarının olması ilə bağlı narahatlığını dəfələrlə bəyan edib. İrəvan isə həmişə "hər şey nəzarət altındadır" cavabını verib. Baş nazir Nikol Paşinyanın da mövqeyi ondan ibarətdir ki, hazırda bu obyektlər Ermənistanın tam nəzarəti altındadır, Ermənistanın mülkiyyətidir və orada erməni mütəxəssislər işləyir. Bəs Ermənistanda nə baş verdi? Bu il martın 22-də məlum oldu ki, Səhiyyə Nazirliyinə məxsus biolaboratoriyada işlər dayandırılıb və orada “son dezinfeksiya” aparılıb. Və bir həftə sonra 14 yoluxmuş işçi haqqında məlumat gəldi. Əlbəttə, Ermənistanda bir çoxlarında sual yarandı: necə yoluxa bilərlər? İstisna olunmur ki, bu, koronavirus üçün testlər zamanı baş verib. Bəlkə işçilərdən biri kənardan infeksiya gətirib və qalanlarını da yoluxdurub? Lakin sonra məlum oldu ki, onlar əhali ilə təmasda olublar və testləri artıq infeksiyaya yoluxmuş halda keçiriblər. Və ən yüksək təhlükəsizlik sinfinə malik olan laboratoriya özü infeksiya mənbəyinə çevrilib. Ermənistan ictimaiyyətinin suallarına hələlik nə Səhiyyə Nazirliyi, nə də laboratoriya rəhbərliyi cavab verib. Əsas sual isə budur: biolaboratoriya öz işçilərini virusdan qoruya bilmirsə, onda Ermənistanı necə qoruya bilər?”. İndi Rusiyada daha çox narahatlıq hökm sürür ki, ABŞ Ermənistanda ona qarşı istifadə edə biləcəyi bioloji silahlar hazırlayır və onun Ermənistan ərazisindən tətbiqi Vaşinqton üçün daha məqbuldur. Bura hətta koronavirus təhdidinin özü də daxildir. İstənilən halda, bioloji laboratoriyalar məsələsı artıq qarşıdakı günlərdə Moskva və İrəvan arasında daha ciddi çəkişmə predmetinə çevriləcək. Rusiya bu dəfə İrəvanı daha sərt şəkildə sıxışdırmaqda israrlıdır.

Nahid SALAYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ