ABŞ Dövlət katibi Mayk Pompeo Venesueladakı Rusiya hərbçilərinə cavab verməyə hazır olduqlarını bəyan edib.
Baki-xeber.com xəbər verir ki, NATO ölkələrini xarici işlər nazirlərinin toplantısından sonra jurnalistlərə açıqlama verən Pompeo, yığıncaqda Rusiyanın Venesuelada hərbi varlığını artırması məsələsini də gündəmə gətirdiklərini deyib.
Pompeo ABŞ-ın Venesuelada Rusiya ordusuna cavab verməyə hazır olduğunu bildirib: “Ukraynada, Suriyada və Venesuelada mənfi fəaliyyətlərini, Azov dənizində etdiklərini müzakirə etdik. Bütün hadisələrdə, kollektiv cavab vermək üçün əlimizdən gələni edirik. ABŞ Venesuela üçün də cavab verməyə hazırdır".
Bundan əvvəl, NATO xarici işlər nazirlərinin görüşündə, ABŞ-ın Rusiyanın Venesueladakı hərbi varlığını gündəmə gətirmək istədiyini deyən İspaniya xarici işlər naziri Josep Borrell, Venesuela NATO-nun problemi olmadığı üçün bunu müzakirə etmədiklərini demişdi.