Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və Avropa İttifaqının bəzi seçki bölgələrində səslərin yenidən sayılmasına etirazına münasibət bildirib.
Baki-xeber.com xəbər verir ki, Ərdoğan seçki prosesinin bitdiyini, hazırda məhkəmə prosesinin başladığını deyib. "Məhkəmə müddətinin də üç mərhələsi var: Rayon, Vilayət seçki komissiyaları və Türkiyə Ali Seçki Komissiyası. Mərkəzi Seçki Komissiyası bu proseslərin əsas hakimidir. Yekun qərarı o çıxaracaq", - deyə, Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğan eyni zamanda səslərin yenidən sayılmasına qarşı bəyənatlar verən Birləşmiş Ştatlar və Avropa ölkələrinə də mesaj göndərib: “İşlərimizə qarışmaq istəyən ABŞ da, Avropa da bunu bilməlidir, Türkiyə dünyada sıradan bir ölkələrdən deyil. Hər kəs həddini bilsin. Türkiyədə seçici fəallığı 82-83 faizə çatmaqla bütün dünyaya demokratiya dərsi verib. Onlar bizim kimi demokratiya mübarizəsini aparırlarmı?! Aparmırlar!”.