Türkiyəli pilotlara F-35 proqramı çərçivəsində təlim verilməsi proseduru davam etdiriləcək. Baki-xeber.com xəbər verir ki, bu barədə Pentaqondan açıqlama verilib.
Pentaqon sözçüsü Çarli Summers, Arizonadakı Luke hərbi hava bazasında türk pilotlara F-35-lə bağlı təlimlərin keçiriləcəyini və Türkiyəyə təslim edilən iki F-35 təyyarəsinin geri alınmasına dair planın olmadığını ifadə edib.
Qeyd edək ki, Türkiyənin Rusiyada S-400 raketdən müdafiə sistemi alması Vaşinqtonla Ankara arasında gərginliyə səbəb olub.