Fransa hökumətinin hazırladığı sosial media kampaniyası, elə Fransa hökumətinin hazırladığı saxta xəbər qanunlarına görə “Twitter” tərəfindən dayandırılıb.
Baki-xeber.com xəbər verir ki, Fransa hökuməti keçən dekabr ayında sosial mediada yayılan saxta xəbərlərin qarşısını almaq üçün bəzi qanunların tətbiqinə qərar verib. Bu qanunlara əsasən, sosial mediada siyasi kampaniyalar üçün təşkil edilən reklamların məzmununda sponsorun kim olduğu və pulun kim tərəfindən ödənəcəyi aydın şəkildə göstərilməlidir.
Qanunu tətbiq edən Fransa hökuməti, bu yaxınlarda Avropa Parlamenti seçkiləri ərəfəsində seçicilər seçki siyahılarını yoxlamağa dəvət etmək üçün bir kampaniya başladıb. Reklamın pulunun isə hökumətin özü tərəfindən verilməsi nəzərdə tutulub.
Ancaq “Twitter” hökumətin verdiyi pulları almaqdan imtina edib və kampaniyanın, elə Fransanın özünün tətbiq etdiyi qanunlara zidd olduğunu əsas gətirərək yayımlamayıb.
Fransanın daaxili işlər naziri isə “Twitter”in bu qərarını sərt tənqid edib.