Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-dakı görüşləri zamanı Rusiyadan alınan S-400 raketdən müdafi sistemlərilə bağlı məsələyə də toxunub.
Baki-xeber.com xəbər veri ki, NATO toplantısı üçün ABŞ-ın paytaxtı Vaşinqtonda olan Çavuşoğu artıq bu məslənin qapandığını deyib.
"S-400 sistemilə bağlı müqavilə başa çatmış razılaşmadır. ABŞ isə “Patriot”la bağlı təklif irəli sürsə də, onun satışı ilə bağlı zəmanət verməyib" - Türkiyə XİN rəhbəri deyib.
Çavuşoğlu, Türkiyəyə Qərblə Rusiya arasında bir seçim etməsi üçün təzyiq edilə bilməyəcəyini və Türkiyənin də belə bir yolu tutmayacağını vurğulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Pentaqon “F-35” döyüş təyyarələrilə əlaqəli bütün təlim avadanlığının və digər materialların Türkiyəyi göndərilməsini dayandırdığını açıqlayıb.