ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Kay Beyli Xatçison alyansın xarici işlər nazirlərinin yığıncağında Vaşinqtonun, Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə sistemləri almasından narahat olduğunu deyib.
Baki-xeber.com xəbər verir ki, ABŞ nümayəndəsi, Türkiyənin Rusiyanın S-400 raketdən müdafi sistemlərindən imtina etmədiyi təqdirdə NATO-dan çıxarılıb-çıxarılmayacağına dair suala cavab verərkən, ABŞ-ın və NATO-nun bununla bağlı narahatlıqları olduğunu deyərək, Türkiyənin Rusiyadan silah almasının uyğun olmayacağını bildirib.
"ABŞ Türkiyənin bizim F-35-lərimizə bənzər Rusiyanın S-400 sistemlərini alması mövzusunda olduqca narahatdır. Çünki məlumat, əlaqə ötürülməsi ilə bağlı xəttə kəsilmə ola bilər" – o, deyib.
Türkiyənin NATO üçün əhəmiyyətli bir müttəfiq olduğunu vurğulayan ABŞ nümayəndəsi daha sonra bildirib: "Türkiyə çox əhəmiyyətli bir müttəfiqdir. Onlar müttəfiq ölkələrdəndir. Onlar həmçinin NATO vəzifələrində ağır bir yükü boynuna götürür. Onlar da Əfqanıstandakı ölkələrdəndir, bütün vəzifələrimizi yerinə yetirilməsində iştirak edirlər. NATO yaranandan burdadırlar. Bu səbəbdən Türkiyənin ittifaqda qalmasını istəyirik. Biz onlardan ölkələrinin ortasında NATO ilə birlikdə əməliyyat fəaliyyət görstərə biləcək, Rusiya raketdən müdafiə sistemlərinə sahib olmamalarını istəyirik".