Litva ilə Rusiya arasında yeni qalmaqal yaranıb. Baki-xeber.com “Amerikanın səsi”nə istinadən xəbər verir ki, rəsmi Vilnüs Litvada ABŞ-da qərargahlaşan Uber, Litvanın Taxify şirkətilə yanaşı, taksi fəaliyyəti göstərən Rusiyanın Yandex Taxi şirkətini casusluqda ittiham edir.
Rusiyada nəhəng bazar payına sahib olan Yandex özünün taxi tətbiqetməsini Baltikyani ölkələrdə 2018-ci ilin yayında təqdim edib. Lakin şirkətin artan uğuru Litva Müdafiə Nazirliyinin diqqətini cəlb edib. Nazirlik narahatdır ki, Rusiya şirkəti tətbiqetmə vasitəsilə istifadəçilərin telefonlarında əlaqələrə, mikrofona və kameralara çıxış əldə edə bilər.
Litva Müdafiə Nazirliyinin əməkdaşı bildirib ki, ölkəsinin milli kibertəhlükəsizlik mərkəzi əldə edilən məlumatların dəqiq hara göndərildiyi ilə bağlı ilk təhqiqatı aparıb: “Biz müəyyən etmişik ki, məlumatlar Rusiyaya göndərilir”.
Litva deyir ki, bu, Avropa İttifaqı qanunlarının pozuntusudur. O zamandan bəri tətbiqetmə hökumət tərəfindən qadağan edilib və ictimaiyyətə təhqiqatın bitməsinə qədər xəbərdarlıq verilib.
Yandex Taxi bu ittihamları rədd edir və əsassız hesab edir. Onlar smartfonun funksiyalarına çıxışın xidməti daha yaxşı etdiyini və hər bir istifadəçinin məlumatlarının Avropa İttifaqının data mərkəzlərində saxlandığını deyirlər.
Bu ittihamlar tətbiqetməni Rusiya-Qərb qarşıdurmasının bir parçasına çevirib. Bura Ukrayna seçkilərinə müdaxilə də daxildir.