Türkiyənin Fəratın şərqindən təhdid olacağı təqdirdə lazımi addımların atılacağını açıqlaması ABŞ-ı narahat edib. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
ABŞ-a etdiyi səfərləri zamanı Suriyadakı bütün problemləri, o cümlədən İdlibi, Münbiçi və Fəratın şərqində atıla biləcək addımları müzakirəyə çıxardıqlarını deyən Çavuşoğlu “Fəratın şərqindən bizə açılan hədələyici atəşlərdən sonra verdiyimiz cavablarla nələrə nail olduğumuzu göstərdik” deyib.
Terror təşkilatı PKK-nın Suriyadakı qolu YPG-nin ABŞ-ın verdiyi dəstəyə görə özünə hər şəyi rəva gördüyünü bildirən Çavuşoğlu deyib ki, YPG bizim üçün təhdiddir və bu terror təşkilatına qarşı lazımi addımları atacağımızı söylədik: “ABŞ-a bu hədələyici atəşlərə nə üçün mane olmursunuz dedik”. Biz sərhədimizin digər tərəfində mövcud olan təhdidin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik.
Çavuşoğlu burada ən uyğun yolun Münbiç yol xəritəsinin Fəratın şərqində də tətbiq edilməsi olduğunu söyləyib.