ABŞ miqrant axınının qarşısını almaq üçün Meksika ilə sərhəddəki qüvvələrinin səlahiyyətini artırır. Baki-xeber.com xəbər verir ki, bundan sonra ABŞ-la Meksika arasındakı sərhəd qoşunlarına zəruri hallarda öldürmə icazəsi verilib.
Müdafiə naziri Cim Mattisin bununla bağlı açıqlamalarını təsdiq edən ABŞ prezidenti Donald Tramp, miqrant axınının qarşısını almaq üçün Meksika ilə sərhəddə tikilməsinin planlaşdırdığı divar üçün maliyyə ayırmayacağı təqdirdə ABŞ hökumətini də bağlayacağı ilə hədələyib.
“Hökumət bağlana bilərmi? Divarın da daxil olduğu sərhəd təhlükəsizliyi ilə bağlı bu mümkündür” – deyə ABŞ prezidenti bildirib.
ABŞ prezidenti həmçinin, Meksika ilə sərhədləri bağlayacağı ilə hədələyib. O, hökumətin sənədsiz miqrant axınının ölkəyə girişinə nəzarət edə bilməsə, Meksika ilə gündəlik 1.68 milliard dollarlıq ticarət əlaqələrini kəsəcəyini deyib.
Sərhəd qoşunlarına zəruri hallarda öldürmə icazəsi veriləcəyi məsələsinə toxunan Tramp “əgər buna zərurət yaranarsa mən icazə verdim. Ümid edirəm buna ehtiyac olmaz” deyib.
Sərhəd qoşunlarına hüquq-mühafizə qaydalarından istifadə etmək, zəruri hallarda öldürmə icazəsi barədə danışan müdafiə naziri deyib ki, Nazirlər Kabinetinin təqdim etdiyi təlimatı prezident Donald Tramp deyil, Ağ Evin qərargah rəisi Con Kelli imzalayıb.
Cim Mattis təlimatdakı göstərişləri yüngülləşdirdiyini, hərbi polisin yalnız qalxan və dəyənəklərdən istifadə edəcəyini deyib və əlavə edib ki, səthəd qoşunlarının çoxu silahlanmayıb. Mattis sərhəddə qoşunların güc tətbiq etməsinə son əmri yalnız onun özünün verə biləcəyini deyib: “Sәrhәddәki әsgәrlәr silahsızdır. Onlara mümkün tәhlükәlәrә qarşı sәrhәddәki mәmurları qorumaları ilә әlaqәdar göstәriş verdim”.
Birlәşmiş Millәtlәr Tәşkilatı Mәrkәzi Amerikadan ABŞ-a keçmәk istәyәn qaçqın sayının 7 mindәn çox olduğunu açıqlayıb.
ABŞ prezidenti Donald Tramp Pentaqona bu ayın әvvәlindә sәrhәdә әsgәr göndәrilmәsi ilә әlaqәdar göstәriş verib. Trampın Birləşmiş Ştatların cənub sərhədinə səfərbər etdiyi ABŞ qoşunlarının sayı 5800, Milli Qvardiya qoşunlarının sayı isə 2100 nəfərdir.