ABŞ Avropa ölkələrindən Avropa ordusu planları ilə bağlı izahat istəyib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Avropa Birliyindəki daimi nümayəndəsi Qordon Sundland açıqlama verib.
"Bu bizim üçün çox həssas bir mövzudur. Biz amerikalı seçicilərə, ABŞ-ın ehtiyacları olduğu halda, niyə hər il Avropaya, Rusiya və digər dost olmayan qüvvələrdən qorumaq üçün milyardlarla dollar göndərdiyimizi izah etməyə çalışırıq. Axı bu pullar ABŞ-ın öz ehtiyacları üçün xərclənə bilərdi...” – Q.Sundland deyib
Q.Sundland bildirib ki, AB-nin öz silahlı qüvvələri ilə bu işin öhdəsindən gələ biləcəyinə qərar verməsi vəziyyəti daha da çətinləşdirir.
Sundland, ABŞ-ın Avropadan daban-dabana zidd mövqelər gördüyünü, bəzilərinin kiçik münaqişələrlə problemi həll etmək tərəfdarı olduğunu, bəzilərinin isə kəşfiyyat qurumları və müstəqil silahlı qüvvələrin yaradılmasını dəstəklədiyini deyib.
Daimi nümayəndə Vaşinqtonun NATO-nu maliyyələşdirdiyini və Avropadan da öz resursları hesabına nə etmək niyyətində olduğuna dair açıqlama gözlədiyini deyib: "AB öz muxtariyyətini və müdafiə imkanlarını müəyyən dərəcədə ortaya qoymaq istəyirsə, o halda bunun NATO-nun tam razılığı ilə olmasına ümid edirik, NATO-un əvəz etməsini deyil".