Birləşmiş Millətlər Təşkilatı (BMT) Ətraf Mühit Proqramının (UNEP) direktoru Erik Solheimin səyahət xərclərinin təxminən 500 milyon dollar olduğu ortaya çıxıb.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, norveçli BMT rəsmisi bundan sonra istefa vermək məcburiyyətində qalıb.
İngiltərənin “The Guardian” qəzeti E.Solheimın 668 günün 529-nu səfərlərdə keçirdiyini, təyyarə və otel xərclərinin təxminən yarım milyard dollar olduğunu yazıb.
BMT baş katibinin sözçüsü Stefan Duyaric açıqlama verərək bildirib ki, baş katib Antonio Quterres Erik Solheimın istefasını qəbul edib.
Qeyd edək ki, E.Solheim 2016-cı ilin iyun ayından BMT-nin Ətraf Mühit Proqramı çərçivəsində Keniya üzrə direktoru vəzifəsində çalışıb.