Gürcüstan hökuməti problemli kreditlər siyahısında olan 600 min nəfər vətəndaşının bank borcunun bağışlanması barədə qərar qəbul edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə ölkənin Baş naziri Mamuka Baxtadze çıxışında bəyan edib. Onun sözlərinə görə, borcun ümumi məbləği 1,5 milyard lari (565,3 milyon dollar) təşkil edir.
Baş nazir əlavə edib ki, eyni zamanda sosial müdafiəsi olmayan daha 150 min məhdud imkanlı şəxsin də borcunun silinməsi nəzərdə tutulur. Onun sözlərinə görə, proses dekabrın 15-dən başlayıb, ayın axırına kimi davam edəcək.
Çıxışının sonunda baş nazir deyib ki, Gürcüstan yeni ili borcsuz qarşılayacaq.
Xatırladaq ki, Gürcüstanda ilkin seçkilərdə prezidentliyə namizədlərin heç biri 50 faiz səs toplamadığından, seçkinin ikini turu keçiriləcək.