Rusiya Müdafiə Nazirliyi test mərhələsində olan Su-57 modelinin 5-ci nəsil döyüş təyyarəsinin Suriyadakı sınaq uçuşu görüntülərini yayıb. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, nazirliyin açıqlamasında yeni nəsil qırıcıların Suriyada 10-dan çox uçuş keçirdiyi deyilir.
“Beşinci nəsil təyyarənin həqiqi müharibədə qabiliyyətini təsdiq etmək üçün uçuşlar həyata keçirdik. Yüksək temperatur və digər ağır şəraitlərdə təyyarənin uçuşu, “ağıllı” informasiya, idarəetmə və silahlar da daxil olmaqla bütün sistemlərini yoxladıq.
Su-57 ekipajı Suriyada 10-dan çox uçuş həyata keçirib” - deyə Rusiya MN bildirib.
Rusiya Müdafiə Nazirliyi görüntülərdəki iki Su-57 təyyarəsinin sınaq uçuşlarının Suriyanın hansı bölgəsində və hansı tarixlərdə keçirdiyinə dair məlumat verilmir.
Qeyd edək ki, Rusiyanın “Sukhoi” zavodu tərəfindən istehsal edilən Su-57 modelinin 5-ci nəsil çoxməqsədli ovçu döyüş təyyarəsi görünməzlik xüsusiyyətinə görə Rusiya tərəfindən "kabus təyyarə" adlandırılıb.
Su-57-nin ilk sınaq uçuşu 2010-cu ildə keçirilib.