Amerika Birlәşmiş Ştatları təxminən 700 nəfərlik anti-terror timinin Qәrbi Afrikadan çıxaracağını bəyan edib. Bu isə Afrikadakı Amerika əsgərlərinin 10 faizinin geri çəkilməsi deməkdir.
Baki-xeber.com xəbər veri ki, bununla bağlı açıqlama yayan ABŞ Müdafiә Nazirliyi (Pentaqon) Qәrbi Afrika ilә bağlı strategiyasını dәyişәcәyini açıqlayıb.
“Müdafiә Nazirliyi, milli müdafiә mәsәlәlәri ilә bağlı sәnәdindә müәyyәn edilәn prioritetlәri dәstәklәmәk üçün ekstremist tәşkilatlarla mübarizә çәrçivәsindә Afrika komandanlığındakı personalın sayını azaldacaq” Pentaqonun açıqlamasında deyilir.
Mәlumatda ABŞ-ın Afrika Komandanlığındakı әsgәrlәrin sayının 10 faiz azaldacağı vurğulanıb.
Bәyanatda hәmçinin qeyd olunub ki, ekstremist tәşkilatlarla mübarizә Somali, Cibuti vә Liviya da daxil olmaqla bir çox bölgәdә davam etdirilәcәk.
Pentaqondan mәsәlә ilә bağlı verilәn başqa bәyanatda isә milli müfadiә strategiyası ilә bağlı sәnәdin Çin vә Rusiya ilә rәqabәt üstünlüyünә görә, tәnzimlәndiyi ifadә olunub: “Nazirlik qlobal hәrbi üstünlüyümüzü qorumaq üçün milli müdafiә strategiyasını hәyata keçirәrәk ekstremist tәşkilatlarla mübarizә çәrçivәsindә fәaliyyәt göstәrdiyi ölkәlәrin milli mәnfәәtlәrini vә maraqlarını qoruyaraq sabit yanaşmasını davam etdirir”.
Müdafiə naziri Mattis yanvar ayında yeni Milli Müdafiə Strategiyasını elan edərkən, ABŞ-ın Çin və Rusiya qarşısında strateji üstünlüklərini itirdiyini demişdi: "Terrorizm deyil, Amerikanın yeni milli təhlükəsizlik hədəfi, qlobal hәrbi üstünlük uğrunda mübarizə olacaq".
Bununla yanaşı, sözügedən əsgərlərin gələcəkdə baş verə biləcəyi ehtimalı olan Rusiya və Çinlə gərginlikdə görəvləndiriləcəyi deyilir.
Qeyd edәk ki, ABŞ-ın hazırda Afrikada 7 min 200 әsgәri var.