Danimarka Fransa prezidenti Emmanuel Makronun “Avropa ordusu” təklifini dəstəkləmədiyini açıqlayıb. Baki-xeber.com türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri Claus Hjort Frederiksen açıqlama verib.
Nazir ölkəsinin Avropa ordusu fikrinə müsbət baxmadığını deyib: “Avropa ordusu fikrinə müsbət baxmırıq, açıq şəkildə bildirdik. Ötən həftə Fransa müdafiə nazirinə də Avropa ordusu fikrini heç bir şəkildə dəstəkləmədiyimizi bildirdim".
Frederiksen ölkəsinin Avropa İttifaqının müdafiə sahəsindəki tərəfdaşlığa qatılmadığını qeyd edərək, bu məsələnin yenidən müzakirəyə çıxarılmalı olduğunu, lakin hazırda referendumun gündəmdə olmadığını söyləyib.
Xarici işlər naziri Anders Samuelsen də Fransa prezidenti Emmanuel Makronun: "Özümüzü Çin, Rusiya və Amerika Birləşmiş Ştatlarından müdafiə etmək məcburiyyətindəyik" sözünü xatırladaraq deyib: “ABŞ-a qarşı özümüzü qoruyacağıq deyə bir şey yoxdur. ABŞ azadlığı müdafiənin məhək daşıdır. ABŞ son dövrlər Avropada baş verənlərlə əvvəl olduğundan daha çox maraqlanır".