ABŞ jurnalist Camal Kaşıkçının ölümü ilə əlaqədar aralarında Səudiyyə Ərəbistanı şahzadəsinin yaxın adamlarının da olduğu 17 nəfərə sanksiya tətbiq edib
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Sanksiyalar ABŞ-ın insan hüquqlarını pozanlara qarşı tətbiq etdiyi Qlobal Maqnitskiy Aktı adlandırılan proqram çərçivəsində qəbul edilib.
Sanksiyalar həmçinin Səudiyyə Ərbistanının vəliəhdinin sabiq köməkçisi Səud əl-Katani və krallığın Türkiyədəki baş konsulu Məhəmməd əl-Otaybiyə qarşı tətbiq edilib.
ABŞ-ın sanksiya qərarına əsasən, bu şəxslərin Amerikada olan aktivləri dondurulur, amerikalılarla ticarət əlaqələri də qadağan edilir.
Qeyd edək ki, sanksiya qərarının Kaşıkçının öldürülməsindən 45 gün sonra verilməsi diqqət çəkir.