Böyük Britaniya hökuməti Avropa İttifaqı ilə Brexit şərtlərinə dair saziş layihəsini təsdiq edib. Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Tereza Mey bidlrib.
O, Nazirlər Kabineti üzvləri ilə görüşdən sonra Dauninq-Stritdəki iqamətgahda çıxışı zamanı deyib: "Qərar asan qəbul edilmədi, lakin hökumət layihəni və siyasi deklorasiyanı dəstəkləməyə qərar verdi".
Bundan sonra Britaniyanın "Brexit" məsələləri üzrə naziri Dominik Raab istefa verib.
O, bu vəzifəyə iyulun 9-da Baş nazir Tereza Mey tərəfindən təyin edilmişdi.
Xatırladaq ki, ondan öncə nazir olan Devid Devis Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsi ilə bağlı digər hökumət üzvləri ilə fikir ayrılığı olduğu üçün istefa vermişdi.