Parisə son səfərindən sonra Fransanı tənqid edən ABŞ prezidenti Donald Tramp Avropa ordusu” təşəbbüsünü irəli sürən Fransa prezidenti Emmanuel Makronu yenidən hədəf alıb.
Baki-xeber.com xəbər verir ki, Paris səfərində Makronun təklifini “təhqiredici” adlandıran Tramp bu dəfə sosial şəbəkədə Fransa barədə daha sərt ifadələr işlədib.
“Emmanuel Makron Avropaya ABŞ, Çin və Rusiyadan qorunmaq üçün öz ordusunu qurmağı təklif etdi. Amma Birinci və İkinci Dünya müharibələrində problem Almaniya idi. Bu vəziyyət Fransa üçün necə idi? Birləşmiş Ştatlar gəlməzdən əvvəl Parisdə alman dilini öyrənməyə başlamışdınız. NATO üçün pul ödəyin ya da ödəməyin" – Tramp deyib.
Tramp sonrakı mesajında isə yazır: “Ticarət haqqında; Fransa gözəl şərab istehsal edir, ABŞ da həmçinin. Problem ondadır ki, yüksək vergi qoymaqla ABŞ-ın Fransaya şərab satmasının qarşısı alınır. ABŞ isə bunu asanlaşdırır. Bu ədalətsizlikdir”
Emmanuelin Fransada reytinqi çox aşağıdır 26 faiz, ölkədə işsizlik səviyyəsi də təxminən 10 faiz təşkil edir. Sadəcə mövzunu dəyişmək istəyir. Bu arada Fransadan daha millətçi bir ölkə yoxdur. Çox qürurlu insanlardır”.
Fransa Prezidentinin mətbuat xidməti isə, Trampın bəyanatına hələlik cavab verilməyəcəyini deyib.
Qeyd edək ki, Tramp Parisdən qayıtdıqdan darhal sonra ABŞ-ın digər ölkələrin qorunması üçün xeyli miqdarda pul xərcləndiyini, ancaq bunun qarşılığında heç bir şey almadığnı bildirmişdi: "Dünya liderlərinin qatıldığı və toplantılarımda bir çox nailiyyət əldə etdiyim Fransadan yeni qayıtmışam. ABŞ-a münasibətdə həm hərbi, həm də ticarət baxımından ədalətli davranılmadığı həqiqətini ortaya çıxarmaq asan olmadı. Digər ölkələrin hərbi müdafiəsi üçün çox böyük ödənişlər edirik, yüz milyardlarla dollar pul ödəyirik. Bu vəziyyətin belə davam etməyəcəyini onlara dedim. Bu vəziyyət hər zaman cəfəng bir şəkildə ABŞ-ın əleyhinə olub. Digər ölkələrin qorunması üçün xeyli miqdarda pul xərclənib və əvəzində heç bir şey almamışıq, ticarətdə itkilər yaşamışıq. Bir çox zəngin ölkələrin ABŞ-a hərbi müdafiə üçün pul ödəməsinin, ya da özlərini qorumasının zamanı gəldi. Ticarət sərbəst və ədalətli həyata keçirilməlidir".