Avropa ordusu düşüncəsinin NATO-ya alternativ ola bilər. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bunu Parisdə “Russia Today” Fransanın suallarını cavablandıran Rusiya prezidenti Vladimir Putin deyib.
Fransa prezidenti Emmanuel Makron tərəfindən yenidən gündəmə gətirilən “Avropa ordusu” təşəbbüsünü dəyərləndirən Putin deyib ki, Avropanın güclü bir iqtisadiyyatı var və ittifaq olaraq da güclüdür. “Həmin səbəbdən üzv ölkələrin müdafiə və təhlükəsizlik sahələrində müstəqil və suveren olma istəyi təbiidir. Bunun müasir dünyamızda müsbət addım olduğunu düşünürəm”.
Putin bu çərçivədə Fransanın önəmli rol oynadığını qeyd edərək, Avropa ordusu düşüncəsinin NATO-ya alternativ ola biləcəyini bildirdi.