Fransada dünya ölkələrinin liderləri ilə görüşləri barədə sosial şəbəkə vasitəsilə məlumat yayan ABŞ prezidenti Donald Tramp digər ölkələri də hədələyib.
Digər ölkələrin qorunması üçün xeyli miqdarda pul xərcləndiyini deyən Tramp bun u qarşılığında da heç bir şey almadıqlarını bildirib: "Dünya liderlərinin qatıldığı və toplantılarımda bir çox nailiyyət əldə etdiyim Fransadan yeni qayıtmışam. ABŞ-a münasibətdə həm hərbi, həm də ticarət baxımından ədalətli davranılmadığı həqiqətini ortaya çıxarmaq asan olmadı. Digər ölkələrin hərbi müdafiəsi üçün çox böyük ödənişlər edirik, yüz milyardlarla dollar pul ödəyirik. Bu vəziyyətin belə davam etməyəcəyini onlara dedim. Bu vəziyyət hər zaman cəfəng bir şəkildə ABŞ-ın əleyhinə olub. Digər ölkələrin qorunması üçün xeyli miqdarda pul xərclənib və əvəzində heç bir şey almamışıq, ticarətdə itkilər yaşamışıq. Bir çox zəngin ölkələrin ABŞ-a hərbi müdafiə üçün pul ödəməsinin, ya da özlərini qorumasının zamanı gəldi. Ticarət sərbəst və ədalətli həyata keçirilməlidir".