Rusiyanın "Lukoil" enerji şirkəti Mansuridəki neft yatağı ilə bağlı İranla müqavilənin imzalanmasını təxirə salır. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bunu "Lukoil" rəhbəri Vahid Ələkbərov.
Tehrana qarşı sanksiyalar ləğv edilənə qədər İranla heç bir razılaşma imzalamayacaqlarını deyən V.Ələkbərov, sanksiyaların bu ölkəyə yatırım qoymağa imkan vermədiyini bildirib: "İrana qarşı sanksiyalar ölkədə investisiya layihələrinin reallaşmasını imkan vermir".
Mansuridəki neft yatağı ilə bağlı müqavilənin hazır olduğunu deyən V.Ələkbərov, müqavilənin böyük ehtimalla imzalanmayacağını qeyd edib: “Sanksiyalar ləğv edilənə qədər İranla heç bir razılaşma imzalamayacağıq”.