İsrail Qəzzanın mərkəzindəki “Həmas”a aid "El-Aksa" televiziya kanalı bombalayıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, İsrail döyüş təyyarələri televiziya mərkəzinə 10 raket atıb. Hücum nəticəsində kanalın mərkəzi tamamilə məhv edildi.
Bombardmandan sonra yayımı dayandırılan kanal qısa müddət sonra başqa bir mərkəzdən yayımını bərpa edib.
Qeyd edək ki, bundan əvvəl İsrail ordusu Qəzza zolağından İsrail ərazisinə 200 raket buraxıldığını açıqlayıb. Raketlərdən 60-ı "Dəmir günbəz" hava hücumundan müdafiə sistemləri ilə vurulub. Raketlərdən biri ölkənin cənubunda avtobusa dəyib, bir nəfər ağır yaralanıb: "İsrailin cənub rayonlarında xəbərdarlıq siqnalları səslənməkdədir. Bundan əlavə xəbərdarlıq siqnalları Ölü dəniz sahillərində sakinləri və turistləri mümkün raket hücumları haqqında xəbərdar etmək üçün siqnallar səslənir".
İsrail ordusu raket atəşlərinə cavab olaraq yerdən və havadan Qəzza zolağında 70-dən artıq hədəfə zərbələr endirib. Bu barədə İsrail ordusunun məlumatda deyilir: "Son saatlar ərzində İsrail təyyarələri, helikopterləri, digər uçuş aparatları və tankları Qəzza zolağında HƏMAS və "İslam cihadı"nın 70-dən artıq hərbi obyektinə zərbələr endirib".
İsrailin zərbələri nəticəsində 3 fələstinli həlak olub. Qəzza zolağından atılan raketlərin avtobusa və yaşayış evlərinə dəyməsi nəticəsində azı 16 nəfər xəsarət alıb.