Fransa prezidenti Emmanuel Makrona bir neçə gün əvvəl ifşa edilmiş sui-qəsd planının təfərrüatları məlum olub. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı France-2 televiziyası polisdəki mənbəyə istinadən məlumat yayıb
Məlumata görə, sui-qəsd Birinci Dünya Müharibəsinin qurtarmasının 100 illiyinə həsr edilmiş təntənəli mərasim zamanı həyata keçirilməliymiş.
Noyabrın 6-da saxlanan 6 nəfərdən ikisi azadlığa buraxılıb, dördü isə hər şeyi etiraf edib və sui-qəsd hazırlığının təfərrüatı barədə danışıblar.
Onların sözlərinə görə, sui-qəsd 62 yaşlı keçmiş sahibkar Jan Pier B. tərəfindən planlaşdırılıb. Keçmiş sahibkar prezidentə noyabrın 7-də Şarlevil-Mezyer şəhərində bıçaqla hücum etməyi planlaşdırırmış.
Axtarışlar zamanı Jan Pier B.nin avtomobilindən onların sui-qəsddə istifadə etməyi planşadırdığı keramik bıçaq tapılıb.