Avstriya ilə Rusiya arasında yeni casus qalmaqalı yaranıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Avstriyada on illərdir Rusiyanın xeyrinə casusluq edən Avstriya Silahlı Qüvvələrinin sabiq polkovnikini həbs edib.
Məlumata görə, polkovnik Avstriya Hərbi Hava Qüvvələri, artilleriya sistemləri, miqrasiya böhranı, o cümlədən bir sıra yüksək rütbəli hərbçilər haqqında məlumatlar toplamalı imiş, ayda 2 dəfə isə Rusiyadan olan Yuri adlı şəxslə görüşməli imiş.
Qeyd olunur ki, Zaltsburqdan olan hərbçi 1990-cı ildən bu günədək Rusiyanın xeyrinə casusluq edib və bunun müqabilində 300 min avro qazanıb.
Avstriya kansleri Sebastyan Kurz 1990-cı ildən Rusiya üçün çalışan polkovniklə bağlı Moskvadan izahat istəyib. Kurz hazırda araşdırmaların davam etdiyini, məsələ ilə bağlı hansı addımların atılacağını isə Avropa Birliyi ölkələri ilə müzakirə edəcəklərini deyib.
Rusiyanın bu ölkədəki səfiri isə Xarici İşlər Nazirliyinə çağırılıb. Kurz Rusiyaya səfərini də ləğv edib.
Avstriya müdafiə naziri isə casusuluq şübhəsi ilə saxlanan 5 ildir təqaüddə olan polkovnikinlə bağlı bir neçə həftə əvvəl məlumat əldə etdiklərini deyib. Məlumatın haradan alınmasına gəlincə müdafiə naziri “dost bir təşkilatdan” aldıqlarını deyib. Onun sözlərinə görə, sabiq polkovnik istifadə etdiyi bəzi cihazları da istintaqa təslim edib.
Vyanadakı olayların ardından Rusiya da Avstriya səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Qeyd edək ki, bir müddət əvvəl Britaniyada yaşayan keçmiş casus Sergey Skripal və qızı Yuliyanın Salisburq şəhərində zəhərlənməsinə görə Moskva ilə Qərb arasında böhran yaranmışdı. Iddialara görə, İngiltərəyə gədən Rusiya kəşfiyyatçıları Skripal və qızınə kimyəvi maddə ilə zəhərləyiblər.
“Qızıl casusu” ləqəbli Anna Çapmanın ABŞ-da deşifrə edilməsi isə son illərin ən çox səs gətirən casus qalmaqalı oldu. Anna Çapmanın ABŞ-dan deportasiya edilərək Rusiyaya göndərilib.