ABŞ PKK terror təşkilatının 3 liderinin başına ümumilikdə 12 milyon dollar pul mükafatı qoyub. Baki-xeber.com xəbər verir ki, bu barədə qərar ABŞ Dövlət Departamentinin nümayəndəsinin Ankarada keçirdiyi görüşlərdən sonra verilib.
Məlumata görə, ABŞ Dövlət Departamenti PKK liderlərindən Murat Karayılanın 5 milyon, Cəmil Bayıkın 4 milyon, Duran Kalkanın başına isə 3 milyon dollar pul mükafatı qoyub.