Ermənistanın Milli təhlükəsizlik orqanı narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qrupy zərərsizləşdirib.
Baki-xeber.com-un xəbərinə görə, keçiriləm xüsusi əməliyyat nəticəsində 3 İran vətəndaşının Mehri sərhəd-keçid məntəqəsindən xeyli miqdarda narkotik keçirərək İrəvanda kirayə götürdüyü mənzildə gizlətməsi faktını ortaya çıxarıb. Xüsusi xidmət orqanının nəzarəti altında olan daha 2 nəfər Ermənistan vətəndaşı isə 1454 qram “malı” satarkən yaxalanıb.
Ölkə qanunvericiliyinə uyğun olaraq İran vətəndaşları göz altına alınıb. Onların yaşayış yerinə baxış zamanı əlavə olaraq 9 qram marixuana aşkar edilərək müsadirə olunub.