Rusiyaya qarşı sanksiyalar Moskvanın Avropadan uzaqlaşaraq Pekinə yaxınlaşmasına yol açan görülməmiş əks effekt yaradır. Baki-xeber.com “Sputnik”ə istinadən xəbər verir ki, bunu "Le Point"ə müsahibəsində keçmiş Fransa prezidenti Nikolya Sarkozi deyib.
Moskvaya tətbiq olunan sanksiyaların əks effekt verdiyini deyən Sarkozi, bunun Avropanın maraqlarına uyğun olmadığını söyləyib.
İqtisadi məhdudiyyətlərin Rusiyanı Çinin qucağına itələdiyini bildirən sabiq prezident qeyd edib ki, Moskvaya əl uzatmaq lazımdır.
Əvvəllər Türkiyənin Avropa İttifaqına daxil olmasına qarşı çıxdığını xatırladan Sarkozi "Rusiya ilə əlaqələri yaxşılaşdırmaq lazımdır. İndi üç tərəfin – Avropa, Türkiyə və Rusiyanı bir araya gətirəcək yeni təşkilat yaradılmalıdır" - deyib.
Sarkozi, eyni zamanda Moskva və Brüssel arasında dialoqun gücləndirilməsinin tərəfdarı olduğu da bildirib.