Türkiyə Uqandadakı səfirini geri çağırıb. Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
Məlumatda qeyd edilir ki, səfir Sədəf Yavuzalın oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin 95-ci ildönümü ilə əlaqədar Uqandada təşkil olunmuş mərasimdən çəkilmiş fotoları sosial şəbəkələrdə yayılıb: "Həmin fotolarda xanım diplomatın qəribə antik geyimi müzakirələrə səbəb olub. Bundan sonra XİN vəziyyəti aydınlaşdırmaq üçün S.Yavuzalı Uqandadan geri çağırıb".