“Avropa xarici qüvvələrin müdaxiləsi və millətçilərin fəallaşması nəticəsində parçalanma və suverenliyini itirmə risqi ilə üz-üzədir”. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Fransanın "Ouest France" qəzetinə müsahibəsində deyib.
Makron Avropada son dövrdə yüksək tonla səsləndirilən ifrat sağ və millətçi ifadələrə diqqət çəkərək deyib: "Yaşadığımız anlar iki müharibə arasına bənzəyir. Qorxular, millətçi özünəqapanmalar, iqtisadi böhranın nəticələri ilə bölünən Avropada I Dünya müharibəsindən (1914-1918) 1929-cu il iqtisadi böhranına qədər, həyata təsir edən demək olar ki, bütün hadisələri görürük".
Fransa prezidenti Avropanın xarici qüvvələrin müdaxiləsi və millətçilərin fəallaşması nəticəsində parçalanma və beləliklə, suverenliyini itirmə risqi ilə üz-üzə olduğunu bildirib. Makron, Avropanın ABŞ tərəfindən qorunmağa möhtac olduğunu, Çinin getdikcə artan təsirinin müşahidə olunduğunu, Rusiyanın isə manipulyasiyalarla Avropaya müdaxilə etməyə çalışdığını qeyd edib.