Suriya yaxın tezlikdə Avrasiya İqtisadi İttifaqına üzv olmaq imkanlarını götür-qoy edir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “İzvestiya” qəzetinə müsahibəsində Suriyanın iqtisadiyyat naziri Samer əl-Xəlil deyib. Bildirib ki, bundan ötrü öncə İttifaqla gömrük razılaşması əldə etmək, bu sahədə qanunvericiliyi tənzimləmək və üzv dövlətlərin razılığını almaq gərəkdir.
“Azad ticarət zonası açmaq daha asandır, lakin yenə də ümumi müqavilə ilə"- deyən suriyalı nazir bildirib ki, Rusiya kimi ölkələrlə ticarət imtiyazları rejimi açmaq məsələsi gündəmdədir. ”Suriya iqtisadiyyatı sürətlə inkişaf edir və bəlkə də yaxın gələcəkdə Avropa İttifaqına qoşulmaq məsələsini qaldırdıq"- o deyib.