İstanbul Respublika Baş Prokurorluğu Camal Kaşıqçının necə öldürüldüyü barədə açıqlama yayıb.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, prokurorluğun açıqlamasında Kaşıqçının böğularaq öldürüldüyü bildirilir
“Washington Post” qəzetinin müxbiri Səudiyyə Ərəbistanından olan jurnalisti Camal Kaşıqçı əvvəlcədən planlaşdırıldığı kimi ölkəsinin İstanbuldakı baş konsulluğuna girən kimi oradaca boğularaq öldürülüb. Daha sonra cəsəd parçalanaraq yox edilib...
Gerçəyin ortaya çıxarılması üçün bütün xoş niyyətli səylərimizə baxmayaraq, Səudiyyə Ərəbstanı tərəfdən danışıqlardan konkret nəticə əldə olunmamışdır.
İstanbul Respublika Baş Prokurorluğu Səudiyyə Ərəbistanında həbs olunduğu bildirilən şübhəlilərin Türkiyəyə ekstradisiyasını bir daha tələb edir”
Açıqlamadan o da aydın olur ki, mediada iddia edildiyi kimi qatillərlə işbirliyində olan yerli kimsə olmayıb
Qeyd edək ki, İstanbul Respublika baş prokurorunun başçılıq etdiyi nümayəndə heyəti də Kaşıqçı cinayətilə bağlı Səudiyyə Ərəbistanına dəvət olunub.