İranın neft naziri Bijen Zengene ölkəsinin Rusiya vasitəsilə neft satacağına dair iddiaları təkzib edib. Nazirlər Şurasının yığıncağından sonra mətbuata açıqlama verən nazir Tehran Enerji birjasında indiyədək 280 barrel neft satışının reallaşdığını bildirib.
Bundan əvvəl bir sıra mənbələr Rusiyanın İranla ABŞ-ın sanksiya qərarlarını pozmaq üçün gizli müqavilə bağladığını irəli sürmüşdü.
Iddialara görə həmin müqavilədə, İranın, neftini Xəzər dənizindəki Rusiyanın neftayırma zavodlarına daşıyacağı, sonra da bu nefti beynəlxalq bazarda Rusiyaya məxsus neft kimi satacağı qeyd edilir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın 8-də nüvə proqramına dair sazişdən çıxdığını elan edib və İrana qarşı sanksiyalar tətbiq edib.
Bazar ertəsi isə ABŞ-ın İranın neft və qaz sektorunu hədəf alan yeni sanksiyaları qüvvəyə minir.