ABŞ İrandan neft idxalını əhəmiyyətli dərəcədə azaldan ölkələri sanksiyalardan azad etməklə bağlı plan hazırlayır.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Robert Palladino açıqlama verib.
5 noyabrda İrana qarşı tətbiq olunacaq yeni sanksiyalarla bağlı danışan Departament rəsmisi, ABŞ-ın İran rejiminə maksimum təzyiq göstərmək və neft satışlarını sıfıra endirməkdə qərarlı olduğunub deyib: “Bu çərçivədə ABŞ, İrandan neft idxalını əhəmiyyətli dərəcədə azaldan ölkələri sanksiyalardan azad edəcək bir plan hazırlayır".
O, İrandan neft idxalını azaldan ölkələrlə danışıqları davam etdirəcəklərini də bildirib.